No Image

İctimai nəqliyyatda daha bir yenilk

İctimai nəqliyyatda daha bir yenilk
 "Mərkəzləşdirilmiş dispetçer xidməti sərnişindaşımanın keyfiyyətini artıracaq”
 

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən ictimai nəqliyyatda daha bir yeniliyin tətbiqinə başlanılıb.
Belə ki, artıq mərkəzi dispetçer xidmətindən avtobus sürücülərinə zəruri məlumatlar ötürülür. Sürücülər onlara mərkəz tərəfindən ötürülən yazılı və ya səsli məlumatları avtobuslardakı "sürücü ekranı” cihazları vasitəsilə əldə edir.


Mərkəzləşdirilmiş dispetçer xidmətinin üstünlükləri nələrdir?


 

 

Bu barədə açıqlama verən Bakı Nəqliyyat Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, sistemin tətbiqi sərnişinlərin təhlükəsizliyi və rahatlığının təmin edilməsində müsbət irəliləyişlər doğuracaq:

 
"Sərnişindaşımada nağdsız ödəniş sisteminin tətbiqi sürətlənəcək, bütün marşrut şəbəkəsində kartla istifadə təmin olunacaq. Sərnişinlər dayanacaq məntəqələrində quraşdırılan avtobus informasiya sistemindən həmin dayanacağa çatacaq avtobusların çatma vaxtları barədə məlumatları görə biləcəklər. Eyni zamanda, avtobusun salonunda olan monitorda sərnişinin çatacağı dayanacağa ən yaxın olan metro stansiyaları barədə məlumat əks olunacaq. Tətbiq ediləcək mobil proqram təminatı vasitəsilə müntəzəm marşrutlar üzrə hərəkət edən avtobuslar barədə məlumat əldə etmək mümkün olacaq. Proqram təminatı ilə həm də sərnişinlərin rahat və qısa zaman ərazində avtobus, sürücü və digər məsələlər barədə irad və təkliflərini bildirməsi asanlaşacaq”.
 
 

Nəqliyyat üzrə ekspert Yasin Mustafayev də sözügedən yeniliyin bir sıra üstünlüklərinin olduğunu vurğulayıb:

 

"BNA tərəfindən mərkəzləşdirilmiş dispetçer xidmətinin işə salınması yeni bir innovasiyanın tətbiqidir. Bu yenilik özü ilə bir çox üstünlüklər gətirəcək, həm sərnişinlərin, həm də sürücülərin rahatlığına xidmət edəcək. İlk növbədə, sürücü mərkəzdən aldığı məlumatlar vasitəsilə hərəkət etdiyi yolda vəziyyətin necə olduğunu biləcək. Xüsusən sıxlıq olan yollar barədə məlumat əldə etdikdən sonra alternativ yollardan istifadə etməklə həmin sıxlıqdan yan keçmək olar. Nəticədə avtobuslar daha az tıxacda qalacaq, onların yanacaq sərfiyyatı və ekologiyaya vurduqları zərər azalacaq. Eyni zamanda, sərnişinlər də bir yerə gedərkən daha az vaxt itirəcəklər. Bir sözlə, sərnişindaşımanın keyfiyyəti artacaq. 


Düşünürəm ki, bu sistem gələcəkdə dayanacaqlara da şamil ediləcək. Artıq hər bir avtobusun olduğu yeri, hansı sürətlə hərəkət etdiyini və digər məlumatları dayanacaqlarda quraşdırılan monitorlarda görmək mümkün olacaq. Bu isə sərnişinlərin xidmət keyfiyyətinə əminliyini artıracaq. 


Ödənişin kart sisteminə keçirilməsi məsələsinə də toxunmaq istəyirəm. Bütün ödəniş sisteminin nağdsız olması iqtisadi cəhətdən daha səmərəli olar. Avtobus sürücüləri əvvəllər sərnişinlərdən ödənişləri nağd alırdılar. Bu zaman müəyyən problemlər ortaya çıxırdı. Sürücülər və sərnişinlər xırda pul gəzdirməyə məcbur olurdu. Bəzən sürücülərin sərnişinə xırda pul qaytarmaq da problemə çevrilirdi. Kart sisteminə keçdikdən sonra isə həm sürücü, həm də sərnişinlərin işləri rahatlaşır. Eyni zamanda, nağdsız ödəniş sisteminin tətbiqi vergi nəzarətini də daha şəffaf edir. Odur ki, sərnişindaşımada nağdsız ödənişə keçid çox təqdirəlayiq bir hadisədir”.

 

 

OXŞAR XƏBƏRLƏR

Bakıdan çıxmaq istəyən AA seriyalı avtomobil karantin postundan geri qaytarıldı – FOTOLAR

  Xüsusi karantin rejimi qaydalarını pozaraq Bakıdan çıxmağa cəhd göstərən AA seriyalı nəqliyyat vasitəsinin müvafiq icazə olmadan karantin postundan keçm...

TƏBİB məlumat yaydı - SON DƏQİQƏ!

 Bu gün Azərbaycanda koronavirusla bağlı 6 464 test aparılıb. Bu barədə Sfera.az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər ...

Bakıda koronavirus testi neqativ çıxdı, pozitiv təqdim etdilər - FOTOLAR

  Bakıda "Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik"də Covid-19 testindən keçən vətəndaş xoşagəlməz durumla qarşılaşıb. "Qafqazinfo" xəbər veri...

TƏBİB məlumat yaydı - SON DƏQİQƏ!

 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) iyunun 17-nə olan məlumata əsasən, Azərbaycanda reanimasiyada və süni tənəffüs aparatına qoşulan koronav...

SON DƏQİQƏ! AzTV-nin mətbuat xidmətinin rəhbəri işdən çıxarıldı - AÇIQLAMA

  Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Aslanov vəzifəsindən azad olunub. Sf...

TƏBİB məlumat yaydı - SON DƏQİQƏ!

 Azərbaycanda koronavirusla bağlı 16 iyun 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb. Sfera.az xəbər verir ki, bu barədə Tibbi Ərazi B...