İctimai Dəstək Qrupu İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban Əliyevaya məktub ünvanlayıb

İctimai Dəstək Qrupu İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban Əliyevaya məktub ünvanlayıb
Sfera.az xəbər verir ki, İctimai Dəstək Qrupu ölkə başçısı cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya məktub ünvanlayıb.Hörmətli cənab Prezident!Bütün dünyanı bürüyən koronavirus pandemiyasının Sizin uzaqgörənliyiniz sayəsində ölkəmizdə qarşısı alınmaq üzrədir. Cənab Prezident, Sizin düşünülmüş siyasətiniz nəticəsində Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədən, dünya dövlətləri arasında ən az itki ilə çıxmaq üzrə olan ölkələrdən biridir. Bunun əsas səbəbi Sizin xalqla birlikdə olmağınızdır.Hörmətli Prezidentimiz, Sizin bu karantin dövründə gündəlik ruzusundan qalmış vətəndaşlarımıza, ziyan çəkmiş idarə, müəssisə və təşkilatlara göstəriləcək yardım barədə sərəncamlarınız bizim sosial dövlətdə yaşadığımızı təsdiq etdi. İndiyədək heç bir ölkə belə addımlar atmayıb. Bütün bunlar Sizin uğurlu sosial siyasətiniz nəticəsində baş verir.Biz Zərdablı gənclər də Sizdən nümunə götürməyə, pandemiyaya qarşı mübarizəyə öz töhfəmizi verməyə çalışırıq. Bunun üçün də gənc fəal Seymur Bayramovun təşəbbüsü ilə təşkil olunmuş "Sevinc qutusu” xeyriyyə aksiyası çərçivəsində aztəminatlı ailələrə ərzaq yardımı aksiyası keçiririk və insanlarımızın evdə qalaraq asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə sosial şəbəkə vasitəsilə ilə müxtəlif mövzularda vebinarlar təkil olunur. İrsimiz və dəyərlərimizə hörmətlə təşkil olunan canlı yayım vasitəsi ilə təşkil olunan konsert proqramları ölkəmizin 1-ci Vitse-prezidenti çox hörmətli Mehriban xanımın mədəniyyətimiz və dəyərlərimizə olan xüsusi həssas sevgi və diqqətinə dəstək məqsədi ilə həyata keçirilir. İnanırıq ki, Sizin ətrafınızda sıx birlik nümayiş etdirməklə biz bu sınaqdan da uğurla çıxacağıq. Cənab Prezident, xalqımızın bu çətin günlərində nümayiş etdirdiyiniz əzmkarlığa, qətiyyətə və qayğıkeşliyə görə Sizə minnətdarlığımızı bildiririk”.Biz Sizin bu çətin sınaqdan da qalib çıxacağınıza inanırıq. Sizə cansağlığı arzulayır, minnətdarlığımızı bildiririk.Hörmətlə, İctimai Dəstək Qrupu Bayramov Seymur Azər oğlu Rəhbər Tarverdi Süleyman Ömər oğlu Rəhimov Vüqar Baxış oğlu Abdullayev Çosqun Abdulla oğlu Əlizadə Muxtar Əlibaba oğlu Abdullayev Elgiz Eldəniz oğlu Seyidoğlu İlqar Seyid oğlu

OXŞAR XƏBƏRLƏR

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...