İcra Hakimiyyətinin şöbə müdiri özünü asdı
10:54 / 16.12.2019
2385
Nərimanov rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu özünü asaraq intihar edib.
Sfera.az xəbər verir ki, yaxınlarının Unikal.org-a verdiyi məlumata görə, E.Əlizadənin intihar etməsinin səbəbi bilinmir. Mərhum dünən Yasamal qəbirstanlığında dəfn edilib.
Qeyd edək ki, E.Əlizadə bundan əvvəl Xarici İşlər Nazirliyində çalışıb.
Hadisə mərhumun ad günündə baş verib. Belə ki, E.Əlizadə yaxınları ilə doğum gününü qeyd etdikdən sonra, naməlum səbəblərdən yaşadığı evdə özünü asaraq intihar edib.