İcra başçısının qardaşı oğlu bıçaqlandı - FOTO

İcra başçısının qardaşı oğlu bıçaqlandı - FOTO
 Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, rayon sakini, əvvəllər məhkum olunmuş Cəbrayılov Səməd Surxay oğlu yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən bıçaqlanıb.

S.Cəbrayılov yaxınlarının köməkliyilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralı dərhal əməliyyat olunub. Hazırda vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, S.Cəbrayılov Göyçay Rayon İcra Hakimiyyəti başçısı Mehdi Səlimzadənin qardaşı oğludur.

O, bir müddət əvvəl Göyçay Rayon Gənclər Mərkəzinin rəhbəri və İcra Hakimiyyətində şöbə müdiri vəzifələrində çalışıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR

'Space'' TV-nin əməkdaşı vəfat etdi - FOTO

 "Space" Televiziyasının işçisi Zaur Xankişiyev dünyasını dəyişib. Sfera.az xəbər verir ki, bu barədə televiziyanın əməkdaşları sosial şəbəkədə məlum...

Firudin Nəbiyev dünyasını dəyişdi

Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenat Firudin Nəbiyev dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, F.Nəbiyev Türkiyədə vəf...

SON DƏQİQƏ! Məşhur meyxanaçı vəfat etdi - FOTO

 Məşhur meyxanaçı Vüqar Coratlı vəfat edib.   Sfera.az xəbər verir ki, meyxanaçının hansı səbəbdən vəfat etdiyi hələ ki məlum deyil. ...

SON DƏQİQƏ! Tovuzda Ermənistana məxsus daha bir PUA vuruldu - FOTO

  İyulun 29-u axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərh...

Deputatın Baş Prokurorluqda işləyən 32 yaşlı bacısı oğlu vəfat etdi – FOTO

 Baş Prokurorluğunun əməkdaşı dünyasını dəyişib. Sfera.az unikal.org-a istinadən bildirir ki, Baş Prokurorluğun 32 yaşlı əməkdaşı Bəhruz Kərimov qəfi...

“Sahil” bağında odlu silahla gəzintiyə çıxan şəxs saxlanıldı - FOTO

 Səbail Rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətind...