Gündəm

İcra başçısının maşını "protiv" getdi: Yol polisi görüb "çest" verdi - VİDEO

İcra başçısının maşını
 Abşeron Rayon İcra Hakimiyyəti başçısının xidməti avtomobili ilə törədilən qayda pozuntusu kameraya düşüb. 

Görüntüləri oxuculardan biri avtosfer.az-ın redaksiyasının elektron ünvanına göndərib. 

Aprelin 1-i Masazır qəsəbəsi Əliağa Vahid küçəsində hərəkət edən 01-AA-001 qeydiyyat nişanlı "Lexus" markalı avtomobilin sürücüsü ayırıcı zolağın sol tərəfi ilə tam olaraq əks istiqamətdə hərəkət edib. Sürücü əks istiqamətdə hərəkət etdikdən sonra qarşıdakı svetoforun qırmızı işığından sağa dönərək yoluna davam edib. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşları qayda pozan sürücüyə hərbi salam verib.

Qeyd edək ki, bu avtomobil icra başçısı İradə Gülməmmədovaya aiddir.
 

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031