İcra başçısının həbsi müğənniləri üz-üzə qoydu: Kim kimin sevgilisidir?

İcra başçısının həbsi müğənniləri üz-üzə qoydu: Kim kimin sevgilisidir?
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun işində qalmaqallı məqamlar ortaya çıxıb. Cinayət işinin motivində daha bir tanınmış sənətçinin həyat yoldaşının adı çəkilib. Məlum olub ki, Alimpaşa Məmmədov icra başçısı olduğu rayonda baş plana uyğun olmayan qanunsuz tikililəri, yaşayış binalarını "Park Kolizey" MTK adlı tikinti şirkətinə tapşırıb.

İcra başçısının iş birliyi olduğu şirkət rəhbəri Famil Xəlilov (Veyis Xəlilov) isə tanınmış sənətçi Şəbnəm Tovuzlunun həyat yoldaşıdır. 

Belə ki, Alimpaşa Məmmədov rayondakı bütün işləri bu tikinti şirkətinə tapşırırmış. Famil Xəlilov Şəmkir şəhərində "20 yanvar" abidəsinin ətrafında salınmış  parkın ərazisini, torpaq sahəsini almaq üçün Alimpaşa Məmmədova 1 milyon 300 min manat da pul verib. Hansı ki, ilkin dindirilmə zamanı özü bunu etiraf edib. Bir sözlə cinayət əməlində və rüşvət qalmaqalında tanınmış sənətçi Şəbnəm Tovuzlunun həyat yoldaşının da adı hallanır. 

"Şəbnəm Tovuzlunun Famil Xəlilov adda həyat yoldaşı yoxdur, ümumiyyətlə bu şəxslə yaxından-uzaqdan heç bir əlaqəsi də mövcud deyil"

Köməkçi xanım məsələdə sənətçinin adının hallanmasından narahatlığını ifadə edərək bildirdi ki, Şəbnəm xanım hazırda Moskvadadır, Bakıda deyil:

"Şəbnəm xanımın həyat yoldaşının nə Şəmkirlə əlaqəsi var, nə də icra başçısı ilə. Onun həyat yoldaşı tamamilə başqa bir insandır. Niyə siz bu şeylərə qarışırsız? Şəbnəm xanım Famil Xəlilovu tanımır. Mətbuat niyə bu adamı Şəbnəm xanımın həyat yoldaşı kimi təqdim edir? Böyük yalandır! Camaatın ailəsi və övladları var. Biz tanımırıq o adamı... Şəbnəm xanımın həyat yoldaşının adı Rafikdir. Şər-böhtan atıb, onu bu qədər insanın gözündən salmaq nəyə lazımdır? Məqsəd nədir? Bilmək istəyirsizsə, Familin həyat yoldaşının adı Elviradır. İki oğlu, bir qızı var. Saxladığı xanım isə Vəfa Şərifovadır". //Bizimmedia



OXŞAR XƏBƏRLƏR

NATO-nun baş katibi Polşada nüvə silahının peyda olması ehtimalını rədd etdi

NATO öz nüvə qüvvələrinin konfiqurasiyasını və Polşa ərazisində müvafiq silahlar yerləşdirməyi planlaşdırmır. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu ...

Günü-gündən cavanlaşan milyonçu sirlərindən birini paylaşdı 

Hər il cavanlaşmaq üçün milyonlarla dollar xərcləyən amerikalı İT milyarderi Brayan Conson sirlərindən birini paylaşıb. Bu barədə o, YouTube-dakı son videoların...

“Azərreyl” çempion oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında bu gün cari mövsümün final oyunu keçirilib.   Sfera.az xəbər...

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Prezident İlham Əliyevin ukraynalı həmkarı Vladimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfr...

Xankəndidə doğulan körpəyə Prezidentin adı verildi

Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı verilib.   Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında yeni doğulan körpənin atası...

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...