İcra başçısı sahədə əkinçilərlə birgə kartof yığdı - FOTOLAR

İcra başçısı sahədə əkinçilərlə birgə kartof yığdı - FOTOLAR

Prezident İlham Əliyevin sahibkarlığın inkişafı, onların yerli investorlara çevirilməsi siyasəti hazırda Şəmkir rayonunda da icra olunur.

Publika.az xəbər verir ki, bu sahədə münasibətlərin düzgün qurulması nəticəsində rayon sahibkarları qeyri-neft sektorunun inkişafı istiqamətində yeni-yeni meqa layihələr həyata keçirir.

Bu gün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov sahibkar Tahir Hüseynovun təsərrüfatına baş çəkib, qayğı və çətinlikləri ilə yaxından maraqlanıb, yarana biləcək problemlərin vaxtında aradan qaldırılması üçün aidiyyətli struktur rəhbərlərinə lazımi tapşırıqlar verilib.
Sahədə çalışan işçilərlə tək-tək söhbət edən icra başçısı kartof yığımında da iştirak edib.

Təsərrüfat sahibi tərəfindən Alimpaşa Məmmədova bildirilib ki, kartof 50 hektar ərazidə əkilib və gələcəkdə daha da genişləndirilməsi planlaşdırılır. Ərazidə Şəmkirlə yanaşı, Gəncə şəhərindən, Göygöl, Samux, Tovuz və Daşkəsən rayonlarından 500-ə yaxın işçi qüvvəsi çalışır. Cari idə məhsuldarlığın əvvəlki illərə nisbətən daha çox olduğunu deyən fermer ərazidən toplanan məhsulların gündə 2 min ton olmaqla daxili bazarlara, xüsusilə də Bakı şəhərində yerləşən Meyvəli bazara çıxarıldığını bildirib.

Daha sonra sahibkara məxsus 2500 ton tutumu olan soyuducu anbara baxış keçirilib.


OXŞAR XƏBƏRLƏR