İcra başçısı onlayn qəbul keçirdi - FOTO
09:27 / 22.05.2020
2411
İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov onlayn qəbul keçirib.
Sfera.az-ın xəbərinə görə, ötən gün baş tutan onlayn qəbulda rayon sakinləri canlı görüntü ilə müxtəlif sahələrdə qayğılarından bəhs ediblər.
Məşğulluq, sosial yardım, enerji təchizatı, mənzil şəraitinin yaxşılaşdırılması, əmlak və digər məsələlər müraciətlərin əsas məzmununu təşkil edib.