İcra başçısı nömrəsini gənc qıza verib “mənə zəng edərsən” dedi – KARANTİNDƏN QEYDLƏR

İcra başçısı nömrəsini gənc qıza verib “mənə zəng edərsən” dedi – KARANTİNDƏN QEYDLƏR
 Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov rayondakı karantin xəstəxanasına baş çəkib, vəziyyətlə maraqlanıb.

Sfera.az xəbər verir ki, bu barədə karantində olan jurnalist Nigar Mübariz məlumat verib.

N.Mübariz deyib ki, icra başçısı karantində olan onu və digər tələbələri dinləyib:

"Danışığımız boyu məni videoya çəkirdilər. Sonra yanlarındakı polis də çəkməyə başladı. Həm məni, həm danışan uşaqları. Bildirdim ki, mən onsuz özüm könüllü karantində qalacaqdım, amma gigiyena qaydalarına riayət edilən yerdə. İcra başçısına dedim ki, Prezident koronavirusa görə 1 milyard manat ayırıb. Amma insanlar karantin üçün xəstəxanadakı vəziyyətdən şikayət edirlər. Üstəlik, xəstəxananın baş həkimi Elnur Azadxanovun mənə "nervozsan” dediyini söylədim. İcra başçısı öz nömrəsini verdi və nə problem olsa, onunla əlaqə saxlamağımı söylədi.

"Çəkiliş etməyin, qanuna ziddir” deyəndə ona çəkiliş hüququmun olduğunu söylədim. Artıq buraya gələndə barəmdə informasiya toplamışdı. Eyni zamanda məni niyə çəkdiklərini soruşdum. Elnur Azadxanov icra başçısı gedəndən sonra tələbələrlə birgə otaqlara baxdı, problemləri həll edəcəyini, normal yeməklər olacağını söylədi. Dedi ki: "Problem olsa, mənə de. Amma çəkmə. Prezident yeni laborotoriyaların hərəsinə 5 milyon manat ayırır. Biz Almaniyadan da yaxşı işləyirik. Yaxşı olacaq hər şey. Özüm 9 gündür buraya baş həkim təyin olunmuşam”.

Sonra tələbə "Hamamda tarakan var” deyəndə "Əvvəl yox idi, nə əcəb? Təmizləyərik” dedi. Mən sona qədər çəkiliş hüququmun olduğunu söylədim. Düzəlməsə, yenə çəkəcəm. Hələki təmizlik işləri həyata keçirilir, bizimlə nəzakətli danışırlar. İcra başçısı sonradan bir tələbəyə zəng edib deyib ki, Nigar mənimlə əlaqə saxlasın…” (oxu24.com)

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....