İcra başçısı müavinini və köməkçisini işdən çıxardı

İcra başçısı müavinini və köməkçisini işdən çıxardı
 
Şamaxı rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

Qaynarinfo-ya daxil olan məlumata görə, bu barədə rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov əmr imzalayıb.

Əmrə əsasən, başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Mübariz qızı Ələkbərova və başçının köməkçisi Yaqub Arif oğlu Yaqubov vəzəfəsindən azad olunub.

Onların yerinə təyinat olmayıb.

OXŞAR XƏBƏRLƏR