İcra başçısı aksiya keçirən əhali ilə görüşdü: \"İnqilab edirsiniz...\"

İcra başçısı aksiya keçirən əhali ilə görüşdü: \

Xəbər verdiyimiz kimi, Zərdab rayonunda bir qrup Çallı kənd sakini örüş torpaqlarının qanunsuz zəbt olunmasına etiraz ediblər.

Sfera.az unikal.org-a istinadən xəbər verir ki, hadisə yerinə gələn rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov sakinlərlə görüşüb və bu məsələdə sələfi Lütvəli Babayevi günahkar bilib.

"Siz deyirsiz ki, sözügedən torpaqlarla bağlı müvafiq dövlət qurumlarına şikayət ünvanlamısınız. Amma Lütvəli Babayevin dövründə bu cür hadisələr, üsyan-müsyan olmayıb. Bu düz çıxmır! Lütvəli Babayev dövründə bütün "bu işləri" görüb, gedib, qalıb o yanda... Mən iki ay yarımdı gəlmişəm (icra başçısı) böyrümdə inqilab edirsiz".

 

M. Camalov problemi araşdırmaq üçün gələn həftədən komissiya yaradılacağını, qanunsuz zəbt olunan torpaqların sakinlərin istifadəsinə veriləcəyini qeyd edib: "Sizin iddia etdiyiniz örüş torpaqdan xəbərim yoxdur. Əgər bir-birimizə güvəniriksə, biz qanunu qorumalıyıq. Bəziləri torpağı 30-40 ilə icarəyə verib. Bu tam cinayətdir. Torpaq 10-15 ildən artıq icarəyə verilə bilməz".


OXŞAR XƏBƏRLƏR

Vətəndaşların NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Xəzər, Nərimanov və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz&r...

İlahə İbadova: “Qızım 13 ildir ki, atasını görmür” - VİDEO

“Qızım iki yaşına qədər atasını görüb. Hazırda onun 15 yaşı var. 13 ildir ki, atasını görmür”.   Bu sözləri “Azad Azərbaycan”...

Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb oldu - FOTO

Bakının Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi sıxlığa səbəb olub.   Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İ...

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...

Çarli Çaplini heyran edən azərbaycanlı bəstəkarın DOĞUM GÜNÜDÜR

Bu gün görkəmli bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin doğum günüdür.   Sfera.az xəbər verir ki, Qəmbər Hüseynli 16 ...