İçərisində nazirin və deputatın olduğu təyyarə qəza enişi etdi - VİDEO
13:27 / 16.04.2021
1343
Türkiyədə içərisində kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin olduğu təyyarə qəza enişi edib.
Sfera.az bildirir ki, qəza enişinə təyyarənin sol mühərrikində yaranan problem səbəb olub.
Təyyarədə həmçinin, B.Pakdemirlinin müavini, nazirliyin əməkdaşları və AKP Şırnak millət vəkili Rizgin Birlik, və bir sıra başqa vəzifəli şəxslər də olub. Ankaradan Şırnaka uçan təyyarə Malatyada hava limanına enib.
Aysel
Sfera.az