İçərişəhərəki tikinti ilə bağlı mətbuat konfransı: \"...görünüşə xələl gətirmir\"

İçərişəhərəki tikinti ilə bağlı mətbuat konfransı: \
 
"Hazırda "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfindən Kiçik Qala küçəsində Qala divarları boyunca yerləşən kafe və restoranların təmiri həyata keçirilir. Bu təmir işləri əsla tikinti mahiyyəti kəsb etməyərək, sadəcə qonaqlara yüksək səviyyəli xidmətin göstərilməsi məqsədi ilə aparılan rekonstruksiya işlərindən ibarətdir".

Bunu "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) Aparat rəhbəri Riad Qasımov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, son illər Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işləri həyata keçirilib: "İdarənin hər il yenilənən bərpa və konservasiya proqramına əsasən, Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirilir. Qeyd etməliyik ki, həmin ərazidə yerləşən ictimai iaşə obyektləri artıq 10 ilə yaxındır fəaliyyət göstərir və bu müddətdə obyektlər təmir edilməyib. Ona görə də qonaqlara keyfiyyətli servisin göstərilməsi, onların rahatlığının təmin edilməsi, avadanlıq və dizayn baxımından müasir standartlara uyğunlaşdırmaq kimi məqsədlərə əsaslanan təmir işləri zəruridir. Bu üslubda təmir-bərpa işləri Qoşa Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə İçərişəhərin, nə də Qala divarlarının görünüşünə xələl gətirmir".

Report

OXŞAR XƏBƏRLƏR

Mexikoda helikopter QƏZASI - Ölənlər var

Meksikada şəxsi helikopter qəzaya uğrayıb. Qəza nəticəsində pilot da daxil olmaqla 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə Anadolu Agentli...

Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcək

Baş prokuror Kamran Əliyev paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat ver...

Röya oğlunun Aygün Kazımovaya qarşı etdiyi hərəkətdən DANIŞDI: "Bunların nəslindən..."

Xalq artisti Röya Ayxan həmkarı Aygün Kazımovanın hesabı oğurlananda oğlu Hüseynin bu barədə paylaşım etməsindən danışıb.   Sfera.az olay.az-a istina...

Prezident Şirvan suvarma kanalının təməlini QOYDU

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. ...

Prezident Şirvan suvarma kanalının təməlini QOYDU

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. ...

Prezident Şirvan suvarma kanalının təməlini QOYDU

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. ...