İçərişəhərə avtomobillərin girişinə həmişəlik QADAĞA qoyula bilər - AÇIQLAMA

İçərişəhərə avtomobillərin girişinə həmişəlik QADAĞA qoyula bilər - AÇIQLAMA
"İçərişəhərə girəndə kabab iyi aləmi tutur. Deyəndə isə adamla düşmən olurlar, çünki hər kababxananın bir sahibi var. Guya onların gəlirinə pəl vurursan. Amma gəlirdən başqa mənəvi dəyərlər də var”. Bunu yazıçı Anar deyib. O, İçərişəhərin kababxana deyil, tarixi abidə olduğunu vurğulayıb.

Mövzu ilə bağlı yazıçı-kulturoloq Aydın Xan Əbilov Sfera.az-a açıqlamasında deyib ki, dəfələrlə İçərişəhərin dağıdılması, orada binaların, tikililərin təyinatının dəyişdirilməsi, hətta son zamanlar Qız Qalasına qədər müxtəlif xarici ölkələrdən gətirilmiş mütəxəssislərin iştirakı ilə təmir məsələsi istiqamətində çoxlu narahatedici mövqelər sərgilənib:

"İçərişəhər təmir edilərkən mütləq Azərbaycanın tarixini, ədəbiyyatını, arxitekturasını, şəhərsalma və urbanizasiya mədəniyyətini bilən, xüsusilə milli mütəxəssislər bu məsələyə cəlb edilməlidir. Təəssüf ki, biz bunu hər zaman görmürük, bəzi mənfi hallar var. Orada vaxtilə bizimlə düşmənlik etmiş dövlətlərin çoxunun səfirlikləri, eyni zamanda çoxlu biznes strukturları yerləşir. Onlar da İçərişəhərin bütövlükdə energetik aurasını pozur, qədimliyinə zərər vurur. Son vaxtlar biz İçərişəhərin böyük bir biznes mərkəzinə çevrildiyinin şahidi oluruq – restoranlar, kafelər... Bunlar da lazımdır, dünyanın hər yerində belədir. Qədim şəhərlərin biznes və digər strukturlar, xüsusilə də xarici turistlərə xidmət edən iaşə mərkəzləri tərəfindən zəbt edilməsini görürük”.

Müsahibimiz qeyd edib ki, ümumiyyətlə, Bakıda dəhşətli tikinti bumu müşahidə edilir:

"O cümlədən də istədiyi yaşayış və digər binaların təyinatını dəyişib restoran, kafe, çayxana, qumarxana, masajxana adı altında yeni iş yerləri açmaq bəhanəsi ilə qazanc mənbəyi düzəldirlər. Əlbəttə, biznes də inkişaf etməlidir. Beynəlxalq turizm mərkəzi olan Bakıda iaşə, ticarət, xidmət sahələri yaradılmalıdır. Amma niyə bunu Bakının qırağında etməyək? İndiki binaların, tikililərin qədimliyini özündə saxlamaq lazımdır. Ümumiyyətlə, İçərişəhərdəki biznesmenlərin, evləri olan məmurların ən azı qarınlarını əritmək üçün maşınların girişini qadağan etməliyik. Necə ki, Fəvvarələr meydanı ətrafında bunu tətbiq etdik və hamı da normal qəbul etdi. İçərişəhərdə də, fərqi yoxdur orada yaşayan və ya yaşamayan şəxslərin maşın sürməsinə icazə vermək olmaz”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...