“İcazə verin, gedib döyüşüm...” – Məhkumlardan Prezidentə məktub var

“İcazə verin, gedib döyüşüm...” – Məhkumlardan Prezidentə məktub var

Cəbhədə vəziyyət gərginləşəndən hərbi və diplomatik yolda atdığı qətiyyətli addımlara, mübarizə əzminə görə ölkənin bütün guşələrindən Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.


Sfera.az "Prezidentə məktub var” rubrikasında növbəti diqqətçəkən məktubları təqdim edir.

 

Məhkum Valeh Hüseynov:


"Hörmətli cənab Prezident.


Bu gün Sizin sayənizdə Azərbaycan Ordusu ən müasir silahlara malikdir. Amma igid əsgərimizin daha bir güclü silahı da var. Bu, Vətən sevgisi, torpaq qeyrətidir. Hamının qeyrət nümayiş etdiyi bir vaxtda məni məhkumluqdan azad edilərək Vətən torpaqlarının müdafiəsinə göndərilməyimi xahiş edirəm. İcazə verin, xalqım üçün çox məsuliyyətli olan dövrdə könüllü olaraq cəbhəyə yollanım, Vətənə ləyaqətlə xidmət edim. Vətən anadır, müqəddəsdir. Onu müqəddəs ana kimi qorumaq hər birimizin borcudur! Biz zəfər çalacağıq! Qarabağ Azərbaycandır!


Hörmətlə, Valeh Hüseynov Məhkum Azərbaycan Respublikası, Bakı şəhəri”.


Vaxtı ilə hərbçi olan lakin indi azadlıqdan məhrum edilən Nurlan Məmmədov: "Azadlıqdan məhrum edilməyim vətənpərvərlik hisslərimə zərrə qədər də mənfi təsir göstərməyib”


"Hörmətli Prezident, müzəffər Ali Baş Komandan. Mən Goranboy rayonunun Dəyirmanlar kəndində anadan olmuşam. DİN-nin hərbi hissəsində gizir rütbəsində xidmət etmişəm. Xidmət zamanı yol verdiyim bir səhvə görə azadlıqdan məhrum edilmişəm və hazırda cəzamı çəkirəm. Əməlimdən səmimi peşmanam. Azadlqdan məhrum edilməyim vətənpərvərlik hisslərimə zərrə qədər də mənfi təsir göstərməyib. Əksinə, indi düşmənin yaşayış məntəqələrimizi ağır silahlarla atəşə tutması və dinc əhaliyə zərər verməsi mənim onlara qarşı nifrətimi artırır və ürəyimdəki qisas hissi mənə rahatlıq vermir.

Hazırda Sizin komandanlığınız altında gedən Vətən müharibəsində Ordumuzun göstərdiyi rəşadət nəticəsində işğal altında olan torpaqlarımız azad edilir. Bu gün hər kəs silaha sarılaraq bu müqəddəs savaşda öz vətəndaşlıq borcunu yerinə yetirdiyi bir zamanda mənim birinci dərəcəli ehtiyat hərbçi kimi cəzaçəkmə müəssisəsində olmağım özüm üçün vicdan əzabıdır.


Müzəffər Ali Baş Komandan, Vətənə sədaqət andı içmiş bir hərbçi kimi döyüş əməliyyalarına cəlb olunmağımı arzulayıram. Döyüş əməliyyatları yekunlaşandan sonra cəzamın qalan hissəsini çəkməyə hazıram.


Bir daha Sizə, Azərbaycan dövlətinə və xalqıma sadiq qalacağıma and içirəm!”.


Prezidentə məktub yazanlar arasında II qrup Çernobıl əlili də var.


II qrup Çernobıl əlili, Qarabağ müharibəsi veteranı Mehman Muradov yazır:


"Hörmətli cənab Prezident. Mübarək bayrağım, Vətənimizn ərazi bütövlüyü, torpağımın hər qarışı uşaqlığımdan amalım, sevgim olmuşdur. Gənclik illərində könüllü olaraq Çernobıl iştirakçısı oldum. 1990-cı illərin əvvəllərində isə canımdan, həyatımdan əziz Vətənimə, torpağıma göz tikən azğın erməni vəhşilərinə qarşı könüllü olaraq döyüşlərə yollandım. Bir kəşfiyyatçı kimi ağır döyüşlərdən keçdim. İndi, Sizin komandanlığınız altında Vətənimin işğal olunmuş torpaqlarının azad olunması üçün gedən ağır döyüşləri görürəm və mən də təcrübəli döyüşçü kimi həmin döyüşlərdə iştirak etmək istəyirəm. Müzəffər Ali Baş Komandan, mənə etimad göstərilirsə, bu eitmadı doğruldacağıma əmin ola bilərsiniz. Vətən torpaqlarının azadlığı üçün ön cəbhədə olmaq mənə böyük şərəf olardı.


Hörmətlə, Mehman Muradov Məhkum, II qrup Çernobıl əlili, Qarabağ müharibəsi veteran Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi”.


 

VI sinif şagirdi Təranə Hüseynli : " Atam Şuşa azad olunan gün qurban kəsəcək”


"Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.Mən Qaraçuxur qəsəbəsi 318 nömrəli məktəbin 6-cı sinfində oxuyuram. Mən də, qardaşlarım da əlaçıyıq. Bu məktubu Sizə şuşalı pəhləvanlar, Vətənini, Prezidentini sevən ailəmiz adından yazıram. Şuşalıyam, azərbaycanlıyam, qarabağlıyam. Şuşada məşhur olan Qaçay pəhləvanın nəvəsiyəm. Yaşıdlarım kimi, mən də Şuşanı görməmişəm. Amma Şuşanın gözəlliyi, havası, suyu haqqında çox eşitmişəm. Mən də hamı kimi son günlər çox sevincliyəm. Ailəmiz hər saat Sizdən xoş xəbərlər gözləyir. İnanıram ki, tezliklə atamın doğulub-böyüdüyü Şuşamıza gedəcəyik. Siz bizim xilaskarımızsınız! Mən Sizi çox istəyir və Sizinlə fəxr edirəm. Əziz Prezidentimiz, atam deyir ki, Şuşa azad olunan gün qurban kəsəcək. İnanıram ki, o gün tezliklə gələcək. Əziz Prezidentimiz, mən nə vaxtsa Sizinlə Şuşada görüşəcəyimi həmişə möcüzə saymışam. Amma indi buna bir reallıq kimi inanıram. Atam həmişə ümid edirdi ki, biz mütləq Şuşaya qayıdacağıq. Ona görə də qardaşımın adını Ümid qoyub. Siz bizim ümidimiz, pənahımızsınız.


Allah Sizi qorusun! Sizi çox sevirik. Qarabağ Azərbaycandır!


Hörmətlə, Təranə Hüseynli Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi”.


III sinif şagirdi, əslən Laçından olan Aydan Xələfli ad gününü Laçında qeyd etmək istədiyini bildirir:


"Əziz Prezidentimiz. Mən 3-cü sinif şagirdiyəm. Əslən Laçın rayonunun Mişni kəndindənəm. İşğal olunmuş torpaqlarımızın azad olunmasına mən də çox sevinirəm. Sizə çox minnətdaram. Hörmətli Prezidentimiz, mənim də ad günüm dekabrın 24-dür, yəni Sizin doğulduğunuz tarixlə eyni gündədir. Arzum budur ki, Milli Ordumuz Laçın rayonunu düşməndən azad etsin və biz ad günümüzü Laçında qeyd edək. Yaşasın Milli Ordumuz! Qarabağ bizimdir, bizim olacaq!”.


 

Sfera.az

Əzizə Zeynal

 


OXŞAR XƏBƏRLƏR

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...