“İcazə həftədə 2 dəfə olmaqla…” – Deputat “kimsəyə güzəşt olunmasın” dedi

“İcazə həftədə 2 dəfə olmaqla…” – Deputat “kimsəyə güzəşt olunmasın” dedi

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejimi sərtləşdirilib.

Amma küçələrdəki insan seli, həftə sonları rayonlara axışanlar, məhəllələrdəki uşaqların sağa-sola qaçışı, yaşlıların stola çırpdığı dominonun, nərdin səsindən sanki karantin rejiminin "evdə həbs olunan” az sayda adama şamil olunduğu düşüncəsi yaranır.

Əgər karantin rejiminə istər vətəndaş, istərsə də səlahiyyətlilər məsuliyyətsiz yanaşırlarsa, bunu tətbiq etməyin nə anlamı var? Onsuz da yoluxma sayında hansısa müsbətə dorğu dəyişiklik müşahidə edilmir…

Sfera.az modern.az-a istinadla Milli Məclisin deputatı Fəzail Ağamalının açıqlamasını təqdim edir.

F.Ağamalı bildirib ki, qaydalara riayət edilmədiyi üçün birmənalı olaraq karantin rejimi daha da sərtləşdirilməlidir:

"Polislərimiz pandemiya ilə mübarizədə fəallıq göstərməkdədirlər. Bununla yanaşı, əvvəlki günlərə nisbətən maskadan istifadə edən vətəndaşların da sayı artıb. İndiki artımlar 15-20 gün əvvəl yoluxanlardır. Hansı ki, həmin vaxt vətəndaşların əksəriyyəti inanmırdı, maskadan istifadə etmirdi və s.

Buna baxmayaraq, düşünürəm ki, karantin rejimi daha da sərtləşdirilməli, vətəndaş-dövlət birgəliyilə COVID-19-a qalib gəlməliyik.

Bununla bağlı parlamentdə də öz fikirlərimi bildirəcəm. Elə etməliyik ki, vətəndaşlar karantin rejiminin qaydalarına riayət etsinlər. Etməyənlərə qarşı ən sərt tədbirlər, ciddi cəzalar görülməlidir”.

Deputat qeyd edib ki, sərtləşdirmələrin məqsədi insanların virusa yoluxmaması üçündür:

"Tibbi maska, sosial məsafə və şəxsi gigiyena qaydalarına riyaət etmək məcburidir. Kimsə bunu dərk etmirsə, onlara qarşı çox ciddi addımlar atılmalıdır. Cərimələr kifayət deyil, onları inzibati məsuliyyətə cəlb etməklə barələrində cinayət işi açılmalıdır. 1 milyarddan çox əhalisi olan Çin virusa qalib gəldi. Çünki heç kimə güzəşt edilmədi, qayda-qanun hamı üçün bərabər oldu”.

F.Ağamalı gün ərzində SMS vasitəsilə 2 saatlıq icazənin də əleyhinə olduğunu dilə gətirib:

"İcazə həftədə 2 dəfə olmaqla, ailə üzvlərindən birinə verilməlidir. Ailədə 5 nəfər var, hamısı vaxt müəyyən edir, hamısı icazə ilə küçələrdədir, heç biri də iş dalınca çıxmır. Sadəcə virus daşıyıcılarına çevirilirlər. Qonşu Gürcüstan, Türkiyə, Avropa təcrübələri var. Hətta düşünürəm ki, lazım gələrsə, 8 rayon və şəhərdə fövqəladə vəziyyət, komendant saatı müəyyənləşdirilsin. Artıq cərimə yoxdur, küçəyə çıxan dərhal həbsxanaya gedir. Bu cür addımlarla məsuliyyətsizliyin qarşısını almaq olar. Yoxsa "yaydır, hamı hava almaq istəyir” yanaşmaları ilə heç bir mübarizə effektli olmayacaq”.


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...