İbtidai siniflər üçün əlavə yaz tətili başladı

İbtidai siniflər üçün əlavə yaz tətili başladı
Mayın 1-dən Azərbaycanda ibtidai siniflər üçün əlavə yaz tətili başlayıb.

Sfera.az-ın xəbərinə görə, yaz tətili günləri 1-5 may tarixlərini əhatə edəcək.

Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib.


OXŞAR XƏBƏRLƏR