İbtidai sinif müəllimləri 4 bal topladı, “şpalqalka”dan istifadə etdi – AZƏRBAYCANDA TƏHSİL BİABIRÇILIĞI

İbtidai sinif müəllimləri 4 bal topladı, “şpalqalka”dan istifadə etdi – AZƏRBAYCANDA TƏHSİL BİABIRÇILIĞI
"Təhsil Nazirliyi tərəfindən 26 maydan etibarən orta məktəbdə çalışan müəllimlərin bilik və bacarıqlarının yoxlanılması üçün diaqnostik imtahan keçirilib. İmtahanda ibtidai sinif müəllimləri arasında 60 test tapşırığından 4 bal toplayanlar olub”.

Bu sözləri Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin 2014-cü ildən etibarən keçrildiyini deyən ekspert bildirib ki, 2017-ci ilə qədər davam edən bu imtahanlarda 142 minə qədər müəllim iştirak edib və onların 45 fazi qənaətbəxş nəticə göstərməyib:
 
"2018-ci ilin mayın 26-da yenidən müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə start verilib. Bu imtahanda əvvəlki illərdə iştirak etməyənlər və ya az bal toplayanlar iştirak edir. İlk olaraq İbtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi 26-27 may, digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi isə 29 may – 2 iyun tarixlərində keçiriləcək. Bu imtahan 90 dəqiqə davam edir və iştirakçılara ümumilikdə 60 test tapşırığı təqdim olunur. İmtahanlarda 19 minə yaxın müəllimin iştirakı nəzərdə tutulub. Təəsüfləndirici məqamlardan biri müəllimlərin imtahana gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri gətirməməsi olub. Müəllim olmalarına baxmayaraq, imtahana əlavə köməkçi vasitələr, "şpalkalka", konspektlər keçirməyə, ərtafdan kömək almaq üçün etdikləri cəhd olub. Ən təəsüfləndirici hal isə imtahanların nəticələridir. Müəllimlər arasında, əsas da ibtidai sinif müəllimləri arasında 4-5-6 bal toplayanlar var. Maksimum nəticəni - 60 balı toplayan yoxdur. Ən yüksək nəticəni hələ ki, İsmayıllı rayonundan bir müəllim əldə edib. O 58 bal toplayıb”.

Nigar Məhərrəm
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...