İdman

İbrahimoviç "Milan"a qayıdır

İbrahimoviç
 

"Los-Anceles Qalaksi”nin futbolçusu Zlatan İbrahimoviç İtaliya A seriyasına qayıda bilər.

 

Sfera.az  xəbər verir ki, isveçli forvard qışda "Milan”la müqavilə imzlaya bilər. Bu barədə MLS rəhbəri Don Qarber məlumat verib. O, İbrahimoviçin komandada qalacağının inandırıcı olmadığını söyləyib:

 

"Zlatan MLS-də oynadığı 2 il ərzində demək olar ki, bütün rekordları qırdı. Əlbəttə, biz istəyirik ki, o, ABŞ-da qalsın. Ancaq bu məsələdə hər şey "Los-Anceles Qalaksi”dən asılı deyil. Zlatanın işə yanaşması çox xoşuma gəlir. Ancaq hazırda onu "Milan” cəlb edir”.

 

38 yaşlı hücumçu 2010-2012-ci illərdə "Milan"da çıxış edib.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930