İbrahimoviç AVRO-2020-də iştirak etməyəcək

İbrahimoviç AVRO-2020-də iştirak etməyəcək
"Milan”ın hücumçusu Zlatan İbrahimoviç futbol üzrə Avropa çempionatını buraxacaq.

Sfera.az xəbər verir ki, 39 yaşlı futbolçu zədə səbəbindən turnirdə iştirak edə bilməyəcək.

O, artıq bu barədə İsveş yığmasının məşqçilər heyətini xəbərdar edib.

İbrahimoviç mayın 9-da "Yuventus”la oyunda dizindən zədə alıb. Matçın ikinci hissəsində o, meydançanı tərk etməyə məcbur olub.

Qeyd edək ki, İbrahimoviç İsveç millisinin ən yaxşı bombardiridir. Onun hesabında 62 qol var.

OXŞAR XƏBƏRLƏR