İbrahim Tatlısəs gözyaşlarına boğuldu: “Məni bağışla, qızım” - VİDEO

İbrahim Tatlısəs gözyaşlarına boğuldu: “Məni bağışla, qızım” - VİDEO
Məşhur müğənni İbrahim Tatlısəs efirdə gözyaşlarına hakim ola bilməyib.

 

Sfera.az xəbər verir ki, buna səbəb müğənninin 7 yaşlı qızı Elif Adanın qəfil "İbo Şou”nun səhnəsinə çıxması olub.


İmperator qızını görüncə gözyaşları içərisində bu sözləri söyləyib:


"İllərdir təklikdə belə mahnı oxuya bilmədim. Əvvəlki mahnılarımı ifa edəcək dərəcəyə çata bilməyəcəyim üçün utandım. Elif həmişə məndən soruşardı "Ata niyə indi də oxumursan? Mən səni həmişə internetdə dinləyirəm. Ancaq indi oxusam, Elif deyəcək ki, bu atamın səsi deyil. Elif sən mənim çox çətin anlarımda dünyaya gəldin. Kaş ki, mənim əvvəlki oxuyan vaxtlarımı görsəydin. Buna görə məni bağışla qızım”.


Xatırladaq ki, İbrahim Tatılısəs 2011-ci ildə proqram çıxışından sonra silahlı hücuma məruz qalaraq başından ağır güllə yarası almışdı. O, hələ xəstəxanada olarkən Elif Adanın anası Ayşegül Yıldızla nikaha girib.


Jalə Mehdi

Sfera.az

 

 

 


OXŞAR XƏBƏRLƏR