İbrahim Məmmədov: “Xüsusi icazəsi olan şəxs avtomobilindən istifadə edə bilər, amma...”

İbrahim Məmmədov: “Xüsusi icazəsi olan şəxs avtomobilindən istifadə edə bilər, amma...”
 "Küçəyə çıxmaq üçün icazəsi olan şəxsin ehtiyacı varsa, avtomobilindən sərbəst şəkildə istifadə edə bilər. Şəxsin avtomobili üçün əlavə icazəyə ehtiyac yoxdur”. 

Sfera.az bildirir ki, bunu Real TV-nin efirində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, həmin şəxs avtomobildə sərnişin daşıya bilməz:

"Avtomobildə olan şəxsin də icazəsi olmalıdır. Küçəyə çıxmağa icazəsi olmayan şəxs xüsusi karantin rejimini pozmuş sayır. Onlar haqqında tədbir görüləcək”.

OXŞAR XƏBƏRLƏR