I kurs tələbələri üçün ilk 15 gün təhsil müəssisəsi ilə tanışlıq olacaq

I kurs tələbələri üçün ilk 15 gün təhsil müəssisəsi ilə tanışlıq olacaq
I kurs tələbələri üçün tədrisin ilk 15 günü ərzində ali təhsil müəssisəsi ilə tanışlıq prosesi təşkil olunacaq.

"Təhsil Nazirliyinin 2020-ci il 11 sentyabr tarixli F-424 nömrəli əmri ilə təsdiq edilmiş "Xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair Təlimat”a uyğun olaraq ölkədəki sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq ali təhsil müəssəsilərində əyani formada tədrisin minimallaşdırılması və əsasən distant (məsafədən) təhsil prosesinə üstünlük verilməsi nəzərdə tutulur.

Təlimata əsasən praktik bacarıqların formalaşdırılmasına və inkişafına yönəlmiş və Təhsil Nazirliyi ilə razılaşdırlmış ixtisasların və fənlərin əyani formada, digər fənlərin isə distant (məsafədən) formada tədris olunacaqdır. I kurs tələbələri üçün tədrisin ilk 15 günü ərzində ali təhsil müəssisəsi ilə tanışlıq prosesi təşkil olunacaq. Onlara ali təhsil müəssisəsinin və fakültənin tarixi və inkişaf mərhələləri, kadr hazırlığı aparılan ixtisaslar, maddi texniki bazası, kredit sistemi ilə tədrisin təşkili, tələbə mobilliyi, 100 ballı qiymətləndirmə sistemi, dərsin növləri haqqında, təqaüd sistemi, elektron resurslardan istifadə qaydaları, yataqxana, poliklinika, konüllülərin fəaliyyəti, müəssisədaxili intizam qaydaları ilə tanışlıq məsələlərinə həsr olunacaq.

Bu zaman tələbələr (hər qrup üzrə 15 nəfərdən çox olmamaqla) əvvəlcədən müəyyən edilmiş qrafikə uyğun olaraq növbəli qaydada təhsil müəssisəsinə dəvət olunacaq və tədris otaqlarında sosial məsafə (ən az 1,5 metr) gözləniləcək", - nazirlikdən qeyd edilib. (report)

OXŞAR XƏBƏRLƏR

Şimali Koreya yeni zenit raketini sınaqdan keçirdi 

Şimali Koreya yeni zenit raketi və qanadlı raket döyüş başlığını sınaqdan keçirib.   Sfera.az bu barədə Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istin...

FHN Lənkəranda qanunsuz tikililəri SÖKDÜ - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Lənkəranda qanunsuz tikililəri söküb.   Bu barədə Sfera.az-a Fö...

Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?

Azərbaycanın ən böyük xarici kapitallı bankı olan “Accessbank”da  həm əhalinin, həm də hüquqi şəxslərin depozitlərinin həcmində azalma müşahidə...

Türkiyədə tarixi bina YANIR - FOTO

Türkiyənin Kırklareli şəhərində tarixi binada yanğın başlayıb.   Sfera.az "TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Karakaş məhəlləsi...

Paşinyan: "İlk dəfə məsələ danışıqlar masası arxasında həll edildi"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...