Hulusi Akar şəhid Valeh Məmiyevdən danışarkən göz yaşlarını saxlaya bilmədi - VİDEO

Hulusi Akar şəhid Valeh Məmiyevdən danışarkən göz yaşlarını saxlaya bilmədi  - VİDEO
Azərbaycan və Türkiyənin müdafiə nazirlərinin Bakıda keçirilən mətbuat konfransında təsirli anlar yaşanıb.

Sfera.az xəbər verir ki, Türkiyə milli müdafiə naziri Hulusi Akar Vətən müharibəsinin şəhidi, baş leytenant Valeh Məmiyevlə bağlı xatirəsini danışarkən kövrəlib:

"Təlimdə qarşılaşıb duyğulu anlar yaşadığımız bir baş leytenant var - Valeh Məmiyev. Təlim vaxtı ona dedim ki, bu təlimlər önəmlidir və sizin uğurunuzdur. Amma əsl uğur işğal altındakı torpaqların azad edilməsidir demişdim. Həmin baş leytenantın yaralanması və xəstəxanada "verdiyim sözü tutdum” deməsi çox böyük bir xatirə idi bizim üçün”.

 
Qeyd edək ki, Valeh Məmiyev 1994-cü il martın 27-də Yardımlı rayonunun Kürəkçi kəndində anadan olub. 2015-ci ildə tank tağım komandiri kimi vətənə xidmətə başlayıb. Bütün təlimlərə aparıcı zabit kimi qoşulub. 2020-ci il türk-azərbaycan təlimlərində böyük qəhrəmanlıqla iştirak edib və təlimlərin sonunda Hulusi Akar tərəfindən fərqlənmə ilə təltif edilib. Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə tank komandiri kimi iştirak edib. Oktyabrın 19-da Qubadlı döyüşləri zamanı ağır yaralanıb və 4 gün sonra aldığı yaradan şəhid olub. Son anında təbəssümlə deyib ki, "mən qardaş Türkiyənin müdafiə nazirinə verdiyim sözə əməl elədim. Vətən sağ olsun”.

V.Məmiyev "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə” və "Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.


OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...

Tanınmış aparıcının vəkil xanımında yenidən xərçəng aşkarlandı

Yaxın günlərdə aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntüləri yayılmışdı.   Sfera.az xəbər verir ki, aparıc...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...