Hulusi Akar ABŞ-ı İTTİHAM ETDİ

Hulusi Akar ABŞ-ı İTTİHAM ETDİ
"YPG bütün mənalarda PKK-nın özüdür. Müttəfiqlərimizə onların başçıları ilə görüşmələrinin, foto çəkdirmələrinin, onlara silah-sursat, hərbi texnika vermələrinin doğru olmadığını hər görüşdə çatdırırıq”.

Sfera.az Türkiyə Milli Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar hökumətin toplantısından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində ABŞ Prezidenti Cozef Baydenlə keçirdiyi görüşdə terrorçu PKK-nın Suriya qolu YPG-yə yardım edilməsinin müttəfiqliyə uyğun gəlmədiyini deyib.

H. Akar Prezident R.T.Ərdoğanın Rusiyaya səfəri zaman müzakirə edilə biləcək məsələlərdən də danışıb. O, rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşə biləcəklərini istisna etməyib.

Müdafiə naziri Türkiyə və Rusiya dövlət başçılarının Əfqanıstanla bağlı məsələni müzakirə edəcəklərini və orada Qətərdən olan mütəxəssislərlə birlikdə fəaliyyət göstərdiklərini söyləyib: "Biz Əfqanstanda uyğun bir həll yolunu axtarırıq. Əsas hədəfimiz insanlıq baxımından əfqan xalqının humanitar ehtiyaclarının doğru-düzgün şəkildə ödənilməsidir”.

OXŞAR XƏBƏRLƏR

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm...

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...