“Hücum diplomatiyası aparmalıyıq”

“Hücum diplomatiyası aparmalıyıq”
 Bəhruz Məhərrəmov: "Müasir və tarixi "erməni mahiyyəti”, "erməni kimliyi” bərabər hüquqlu sülhü haqq etmir”
 
Separatçı Ermənistan, Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlik danışıqlara məhəl qoymur. Uzun illərdir, bu istiqamətdə cərəyan edən proseslər sülh danışıqlarının işğalçı Ermənistan üçün heç bir əhəmiyyət kəsb etmədiyini ortaya qoyur. Erməni təcavüzündən sonra ilk olaraq 1994-cü il mayın 12-də Rusiyanın layihəsi daxilində Qırğızıstanın Bişkek şəhərində imzalanan protokoldan keçən 26 il vaxt ərzində, Ermənistan hakimiyyəti müxtəlif səpkili bəhanələr və absurd şərtlərlə immitasiya edir. Beynəlxalq ictimaiyyət isə münaqişənin sülh yolu ilə həllini əsas götürərək tərəfləri görüşdürməkdən başqa heç bir iş görmür. İşğalçıya qarşı hər hansı sanksiya, beynəlxalq hüququn tələblərinə uyğun olaraq cəza, təsir vasitələrindən istifadə olunmur. Deməli, Ermənistanı sülhə dəvət etmək üçün Azərbaycan danışıqlar formatına daha ciddi dəyişiklik etməyə məcburdur. Ermənistanı hansı şərtlər işğaldan əl çəkməyə, sülhə gəlməyə məcbur edə bilər?
 
Sfera.az xəbər verir ki, deputat Bəhruz Məhərrəmov məsələyə beynəlxalq hüququn tələbləri müstəvisində yanaşmaqla, "nə etməli” sualına aydınlıq gətirib.

"Praqmatik düşüncə sülhün çox uzaqda olduğunu, yaxud...”

"Sülh ikitərəfli müqavilədir. Sülhün bağlanması üçün münaqişə tərəfləri ya öz iradəsi, ya da iradəsindən kənar, məcburiyyət tədbirlərinin təsiri ilə müqavilədə təmsil olunmalıdır. İkinci hal siyasi təcrübədə adətən sülh yox, "təslimçi sülh” adlanır”-deyə, B.Məhərrəmov bildirib.
 
B.Məhərrəmov bildirib ki, bu günə qədər Azərbaycan və Ermənistan arasında sülh danışıqları məhz Ermənistan hakimiyyətlərinin ardıcıl olaraq pozucu meylləri nəticəsində, faktiki olaraq bütün hallarda iflasa uğrayıb. Onun fikrincə, bu gün də praqmatik düşüncə sülhün çox uzaqda olduğunu, yaxud ümumiyyətlə barışığın mümkünsüzlüyündən xəbər verir. B.Məhərrəmov bunun bir neçə sadə səbəbini qeyd edib:

"İlk olaraq görünən odur ki, regionda sülhün bərqərar olunmasında heç də bütün regional və qlobal güc sahibləri, habelə dövlətlərin özünün daxilində bu güc sahiblərinin yaratdığı kalonlar maraqlı deyil. Azərbaycandan fərqli olaraq Ermənistanda "5-ci kolon” dövlət idarəçiliyinə təsir imkanlarına sahibidir. Görünən odur ki,  gərginliyi qorumaqla "parçala və hökm sür” arzusunda olan maraqlı daxili və xarici güclər son 25 ildə Ermənistan hakimiyyətini də məhz bu amil vasitəsi ilə marionetkaya çevirməyə nail ola bilib. Yəni belə olan halda Ermənistan istəsə də belə süh müqaviləsi imzalamaq iradəsinə və suverenliyinə malik deyil.

İkincisi, yaxın keçmişə qədər çoxmillətli dövlət olan Ermənistan, cəmi 35 il öncədən fərqli olaraq bu gün yekcins etnik tərkibə malik xalqa çevrilmişdir. Səbəbi də çox sadədədir, Ermənistan başqa xalqlara, toplumlara, düşüncələrə, etnik kimliklərə nifrət təşviq etmək, azlıqlara, habelə özündən olmayanlara hücum etmək, "dənizdən-dənizə” ermənidən başqa heç kimin yaşamadığı faşist bir dövlət qurmağı öz milli ideologiyasına çevirmiş bir cəmiyyət və dövlətdir. Nəzəri yanaşsaq, şübhəsiz bu sadaladığımız əlamətlər neo-nasizm göstəriciləridir. Vəziyyət o həddə çatıb ki, hətta Ermənistan siyasi hakimiyyətinin dövlətdaxili sosial və humanitar xarakterli tədbirləri də eyni ideologiyadan qaynaqlanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il oktyabrın 11-də Aşqabad şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı dediyi kimi, "İrəvanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub”. Yəni, bir sözlə Emənistanın on illərdir davam edən faşizm mahiyyətinin sübuta ehtiyacı yoxdur, aksiomadır. Belə olan halda, bu cür zərərli ideologiyanı hakim və milli şüura çevirən bir dövlətin və cəmiyyətin kimlərinsə köməyi ilə işğal etdiyi torpağı qaytarması və həm Azərbaycanın tarixi torpaqları olan öz ərazisində, həm də işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlarda əvvəlki status-kvonun bərpasına könüllü razılıq verəcəyini nəzərdə tutan bir sülh sazişini bağlayacağı ağlabatan deyil.

Üçüncüsü, açığı mən "xalqların düşmənçiliyi” ifadəsinə inanmaq istəmirəm. Lakin, bir xalqın körpədən yetkin insanına qədər bütöv nəsilləri türk düşməni kimi tərbiyə edilirsə, artıq toplum zəhərlənmişdir deməkdir. Tarix göstərir ki, bütün dövrlərdə ideoloji cəhətdən zəhərlənmiş bir toplumla bərabərhüquqlu sülh, münasibətin digər tərəfi üçün sonradan faciəvi nəticələrə gətirib çıxarır. Məsələn, elə 1905-ci il erməni-müsəlman qarşıdurmasından sonra erməni və Azərbaycan xalqların barışmasının ardınca 1918-ci il qırğınları, 1920-ci barışığından sonra 1948-53, 1988-93-cü illərin faciələri əyani olaraq göstərir ki, müasir və tarixi "erməni mahiyyəti”, "erməni kimliyi” bərabər hüquqlu sülhü haqq etmir. Bu o demək deyil ki, biz sülh istəmirik, əlbəttə bizə sülh lazımdır, xüsusən qloballaşan dünyada dəyişən dəyərlər sülhü zərurətə çevirir, lakin, heç bir halda bərabər hüquqlu sülhdən söhbət gedə bilməz! Bizə münasibətdə tarixən düşmənilik hissi ilə yaşayan, işğalçı, qatil, radikal ideologiyaya sarılmış xəstə təfəkkülü bir toplum yalnız ordumuz tərəfindən islah olunduqdan sonra bölgədə varlığını sürdürə bilməlidir. Yəni heç deyilsə, bu dəfə tarixdən dərs çıxarmalıyıq”.

B.Məhərrəmov bu mənada hesab edir ki, biz yalnız silahlı qüvvələrimizin gücü, habelə mövcud iqtisadi təcrid siyasətimizlə məğlub vəziyyətə salınacaq Ermənistanla, şərtlərini bizim diqtə etdiyimiz təslimçi sülhə can atmalıyıq.  Onun fikrincə, görünən odur ki, Azərbaycan hakimiyyətinin də tutduğu xətt elə bu məqsədə köklənib və cənab İlham Əliyev bu istiqamətdə 2 şərtdən ibarət sadə formul müəyyən edib:

"Birinci formul: güclü ordu, hansı ki, məhz cənab İlham Əliyev hakimiyyəti dövründə Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumilikdə dövlət büdcəsini xeyli üstələməyə başlamış, bu tendensiya hətta iqtisadi böhranlar dövründə də davam etməkdədir. Habelə silahlı qüvvələrimizin arsenalı Ermənistana münasibətdə əzici üstünlüyə malikdir və aprel döyüşləri və qələbəmiz qeyd etdiyim amillərin bariz nümayişi oldu.

İkinci formul: hücum diplomatiyası - Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında cənab İlham Əliyevin nitqində də dediyi kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan bütün təşkilatlarda fəal olmalıyıq, hücum diplomatiyası aparmalıyıq”. (versus.az)

OXŞAR XƏBƏRLƏR

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...

Britaniya İrana yeni sanksiyalar tətbiq etdi

Böyük Britaniya İrana qarşı sanksiyaları genişləndirib.   Sfera.az bildirir ki, Britaniya İranın İsrailə etdiyi raket hücumuna cavab olaraq İranın PU...

Metal qırıntılarının toplanması məntəqəsində partlayış: Ölənlər, yaralanlar var

Ötən gün Ukraynada kəndlərdən birində 58 yaşlı sakin 54 yaşlı qonşusu ilə birlikdə metal qırıntılarının qəbulu məntəqəsinə metal əşyalar gətirib.  Sfe...

Məşhur dizayner timsah çantaları qaçaqmalçılığına görə həbs edildi

Britni Spirsdən tutmuş "Sex and the City" ulduzlarına qədər bir çox məşhurlar tərəfindən aksessuarları bəyənilən dizayner Nensi Qonzales 18 ay həbs cə...

Ağdam Cümə məscidində ilk Azan - VİDEO

Xəbər verdiyimiz kimi, erməni işğalı dövründə yandırılaraq vandalizmə məruz qalan Ağdam Cümə məscidində bərpa işləri başa çatıb.    Azərbaycan P...

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir.   Sfera.az xəbər verir ki, bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlum...