“Huawei” telefonlarının istifadəçiləri bu xəbəri oxusun
12:12 / 20.05.2019
2952
ABŞ-Çin iqtisadi əlaqələrindəki böhrandan ən çox əziyyət çəkənlərdən biri "Huawei” şirkəti olacaq. ABŞ Ticarət Nazirliyi bu Çin şirkətini qara siyahıya salıb.
Dünya nəhəngi "Huawei” şirkətini casusluqda ittiham edir. Telekommunikasiya sektorunun nümayəndəsi bundan sonra "Android” sistemindən də məhrum olacaq.
Daha bir zərbə isə "Google”-dan gəlib. Bu şirkət də "Huawei” ilə əməkdaşlığı dayandırıb.
Məsələnin
görünən tərəfi budur ki, artıq Huawei smartfonları Android əməliyyat sisteminin
yenilənmələrinə çıxışını itirəcək, Play Store və Gmail kimi tətbiqləri istifadə
edə bilməyəcək.
İqtisadçı Elxan Ağayev mövzuyla bağlı Sfera.az-a açıqlamasında bilriib ki, baş verənlərin pərdəarxası isə Huawei-in yaxın zamanlarda 5Gni istifadəyə verəcəyi ilə bağlı proqnozlardır. Ekspert hesab edir ki, bu ABŞ üçün İranın uranı zənginləşdirməsindən daha təhlükəlidir: "Məsələninin ciddiliyini anlatmaq baxımından bircə onu deyə bilərəm ki, artıq bir çox Avropa və Asiya ölkələrinin, həmçinin qonşu Türkiyənin Milli Təhlükəsizlik orqanları öz işlərində Huawei-yə etibar etmişdi. Yəni, Çin əldə etdiyi bu imkandan istədiyi vaxt həmin ölkələrdə istədiyi vəzifəli şəxsin telefonlarını dinləyə, sistemlərinə nüfuz edə bilərdi".