No Image
No Image

"Hövsanlı Mayıl”ı qətlə yetirən şəxsə hökm oxundu - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal avtoriteti qətlə yetirməkdə təqsirləndirilən Aslan Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sfera.az  apa-ya istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Sadıqov 18 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il iyulun 2-də Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində 1979-cu il təvəllüdlü Mail Mustafayevin bıçaqlanaraq öldürülməsi barədə daxil olan məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı, 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qətlə yetirilən Mail Mustafayev kriminal aləmdə "Hövsanlı Mayıl”, "Mayıl Naxçıvanski” kimi tanınıb.

O, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. M.Mustafayevin mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamlarından olduğu bildirilir.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

"Bandotdel" əməliyyat keçirdi - Həbs edilənlər var

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən cinayətkarlıqla, o cümlədən, narkotik vasitələrin yayılmasının qarşının alınması istiqamətində fasiləsiz və qət...

Azərbaycanda məktəb direktoruna cinayət işi açıldı

Yevlax Rayon Təhsil Şöbəsinin Əkşəm kənd tam orta məktəbinin direktoru vəzifəsində işləmiş Bəkirov Babək Nizam oğlunun 2014-2020-ci illər ərzində dövlət büdcə v...

Sosialist Əməyi Qəhrəmanının evindən oğurluq edildi - RƏSMİ

Sabirabadda Sosialist Əməyi Qəhrəmanının evindən oğurluq edən şəxs saxlanılıb. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bər...

Oyuncaq tapançalı “polis” saxlanıldı - FOTOLAR

Lənkəran rayonunun Göyşaban kənd sakini Elsevər Cəfərzadə idarə etdiyi "Mercedes” markalı avtomobillə rayon ərazisində saxlanılaraq Lənkəran polis bölməsinə gət...

"Hövsanlı Mayıl”ı qətlə yetirən şəxsə hökm oxundu - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal avtoriteti qətlə yetirməkdə təqsirləndirilən Aslan Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Sfera...

DTX-nin tutduğu məmura hökm oxundu - FOTO/VİDEO

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun cinayət işi üz...