“Hörümçək” sözünü “spayder”lə əvəzlədilər, hamı tənqid etdi

“Hörümçək” sözünü “spayder”lə əvəzlədilər, hamı tənqid etdi
Azərbaycan dilinin sonuncu orfoqrafiya lüğətindən "hörümçək” sözü çıxarılıb.

Sfera.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Qulu Məhərrəmli məlumat paylaşıb.

O bildirib ki, "hörümçək” sözünün əvəzinə lüğətə "spayder” sözü salınıb.

"İki akademikin (Möhsün Nağısoylu və İsa Həbibdəyli) başında turp əkdiyi orfoqrafiya lüğətinin qüsuru təkcə "hörümçək” olsaydı, bizim nə dərdimiz…”, - Q.Məhərrəmli qeyd edib.

Əlavə edək ki, "hörümçək” sözü lüğətdən çıxarılsa da, bu sözdən yaranan "hörümçəkkimilər”, "hörümçəyəbənzər”, "hörümçəyəoxşar” sözləri saxlanılıb.

Qeyd edək ki, 2021-ci ildə "Elm” nəşriyyatında çapdan çıxan lüğətə 90 minə yaxın söz daxil edilib. Lüğətin elmi redaktoru AMEA-nın həqiqi üzvü Möhsün Nağısoyludur.


  




OXŞAR XƏBƏRLƏR