Honkonqda koronavirusa görə məktəblər və uşaq bağçaları bağlandı - Fevralın 17-dək

Honkonqda koronavirusa görə məktəblər və uşaq bağçaları bağlandı - Fevralın 17-dək

Honkonqda koronavirusa görə fevralın 17-dək məktəb və uşaq bağçaları bağlanılır.

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Honkonqun rəhbəri Kerri Lam məlumat verib. 

Həmçinin, bölgədəki 70 minlik marafon da təxirə salınıb.

Xatırladaq ki, Çinin Uhan şəhərində yayılmağa başlayan koronavirusa (2019-nCoV) yoluxanların sayı 1300-ü ötüb, ölənlərin sayı isə 41 nəfərə çatıb. Yoluxma halları həmçinin Honkonq, Sinqapur, Cənubi Koreya, Tailand, Tayvan, Makao, Vyetnam, Nepal, Yaponiya, Avstraliya, Fransa və ABŞ-da qeydə alınıb. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR