Hollandiyada müsəlman qadınlara yeni QADAĞA

Hollandiyada müsəlman qadınlara yeni QADAĞA
Hollandiyanın Daxili İşlər Nazirliyi tərəfindən verilən yazılı açıqlamada bu gündən etibarən şəxslərin kütləvi nəqliyyat vasitələrində, təhsil və səhiyyə ocaqlarında və dövlət dairələrində özlərini tanınmayacaq şəkildə hər hansı bir şeylə bağlamaları qadağan edildiyi bildirilib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, açıqlamada qadağanın tətbiq olunduğu yerlərdə işləyənlərin niqablı qadınlardan üzünü açmasını və ya həmin məkanı tərk etməsi istənəcəyi bildirilib. Əks təqdirdə isə məsələyə polisin müdaxilə edəcəyi və həmin şəxsin cərimələnəcəyi qeyd olunub.
Mətbuatda yayılan xəbərlərə əsasən buna görə tətbiq ediləcək minimum cərimə 150 avrodur. Hollandiyada təxminən 150 niqablı qadının olduğu bildirilir.
Ölkədə müsəlmanların qurduğu Nida Partiyasından isə iki həftə əvvəl niqaba görə cərimələnən qadınların cərimələrinin partiya tərəfindən ödəniləcəyi bildirilib.
Qeyd edək ki, Beynəlxalq Əfv Təşkilatının Hollandiya filalı da sosial mediadakı səhifələrindən bu qərarı qadınların azadlığına müdaxilə kimi qiymətləndirib.

OXŞAR XƏBƏRLƏR