Hökumət kasıbları taksi sürücüsünə necə və niyə çevirir? - Qubad İbadoğlunun şərhi

Hökumət kasıbları taksi sürücüsünə necə və niyə çevirir? - Qubad İbadoğlunun şərhi
"İctimai nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasının  pandemiya ilə birbaşa əlaqəsi yoxdur, bu, iqtisadi maraqlara xidmət edir”.

Sfera.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı ekspert Qubad İbadoğlu deyib. O bildirib ki, hazırda kütləvi işsizliyin mövcudluğu şəraitində taksi fəaliyyəti hər kəs üçün, hətta işləyərək aldığı maaşdan narazı olanlar üçün əlçatandır,  "iş yeri" və "qazanc" mənbəyidir:

"Odur ki, taksi xidməti Azərbaycanda yeganə rəqabətli bazardır, Azərbaycan hakimiyyəti orada monopoliya yaratmağa tələsmir. Çünki iş axtarmaqdan yorulan hər kəs  həyatda qalmağın yeganə yolunu maşın alıb və ya icarəyə götürüb, taksi xidməti göstərməkdə görür.

Diqqət edin, görün, nəticədə nələr baş verir:
 
1. Ölkəyə avtomobil idxalı artır. Gömrük rüsumlarını, aksiz və əlavə dəyər vergisindən büdcəyə daxilolmalar çoxalır. Hakimiyyət də fikirləşir ki, əgər  avtomobil idxalı hər il artırsa, onda  idxal gömrük rüsumlarını, aksizləri bir az da  qaldırmaq lazımdır.

2. Hər gün müştəri axtarmaq adı ilə dayanmadan hərəkət edən sürücülər qazandıqlarının 90 faizini benzinə xərcləyir. SOCAR da təklif verir ki, benzinin qiyməti bahalaşdırmaq lazımdır, çünki tələbat ildən-ilə artır.
 
3. Taksi sürücüləri minik avtomobilləri ilə sərnişin daşınmaq üçün xüsusi razılıq (lisenziya), "fərqlənmə nişanı" almaq üçün "ASAN xidmət" mərkəzlərinə gedir, xidmət haqqı və rüsum ödəyir.

4. Taksi sürücüləri Yol Polislərinə cərimə ödəyib, onların planı doldurmasına töhfə verirlər.

5. 2021-ci ildə "Bakı Metropoliteni” QSC üçün dövlət büdcəsindən ayrılacaq 39,2 milyon manat vəsait xərcləməmiş qalır.
Nəhayət, işsizlər gündə 10-12 saat taksi xidməti göstərib,  idarə etdiyi maşının amortizasiya xərclərini nəzərə almadan qazandığı vəsaitlə benzin pulunu ödəyəndən sonra ona qalan qəpik-quruşla çörək alaraq evinə gedir, ailəliklə şükür edib, "dolanır"”.

Ekspertin sözlərinə görə, taksi xidmətinin fəaliyyətinin  pandemiya dövründə stimullaşdırılması hakimiyyət üçün yalnız  qazanc deyil, həm də siyasi məsələsidir: "Taksi xidməti bu hakimiyyət üçün  artıq sosial sabitləşdirici funksiyaya çevrilib”.
 
Günay
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....