Hökumət bu şəxslərin maaşları ilə bağlı yeni qərar verdi - Dəyişiklik

Hökumət bu şəxslərin maaşları ilə bağlı yeni qərar verdi - Dəyişiklik
Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə təminatların verilməsi qaydasına dəyişiklik edilib.

Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, qaydanın 2.-ci bəndi yeni redaksiyada verilib. Belə ki, ticarət nümayəndəsinin əməkhaqqı Azərbaycan Respublikasının səfirlik və ya konsulluğunun mövcud olduğu ölkələr üzrə onun təyin olunduğu səfirlikdə səfirin əməkhaqqının 90 faizi, konsulluqda həmin ölkədə fəaliyyət göstərən səfirin əməkhaqqının 85 faizi məbləğində müəyyən edilir, Azərbaycan Respublikasının səfirlik və 5 ya konsulluğunun mövcud olmadığı ölkələr üzrə isə müvafiq ölkədə ticarət nümayəndəsi təyin olunduqdan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

Qaydanın əvvəlki varinatı isə belə olub: "Ticarət nümayəndəsinin əməkhaqqı onun təyin olunduğu səfirlikdə səfirin əməkhaqqının 90 faizi, konsulluqda isə həmin ölkədə fəaliyyət göstərən səfirin əməkhaqqının 85 faizi məbləğində müəyyən edilir. Ticarət nümayəndəsinin aparatının işçilərinin əməkhaqqı bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilir".

OXŞAR XƏBƏRLƏR

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...

Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə BİLƏCƏKLƏR

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndiri...

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...