Hökumət bəzi xarici borclardan imtina edir – TƏHLİL

Hökumət bəzi xarici borclardan imtina edir – TƏHLİL

 

"Elektrik paylayıcı şəbəkənin yenidən qurulmasına dair İnvestisiya Proqramı” çərçivəsində Asiya İnkişaf Bankının (ADB) "Azərişıq” ASC-yə ayırdığı 750 miln dollarlıq kreditin 2 və 3-cü tranşlarının köçürülməsi təxirə salınıb.


Məlumata görə, buna səbəb Azərbaycan hökumətinin Asiya İnkişaf Bankından alacağı kreditin bir hissəsindən imtina etməsidir. Bankla əldə edilən razılaşmaya əsasən, "Azərişıq” ASC üçün 750 milyon dollar dəyərində kredit alınmalı idi. 2015-ci ildə əldə olunan razılaşmaya əsasən, Azərbaycan hökumətinin təminatı ilə "Azərişıq" ASC və Asiya İnkişaf Bankı arasında "Elektrik paylayıcı şəbəkənin yenidən qurulmasına dair İnvestisiya Proqramı” üzrə anlaşma memorandum imzalanıb.

 

Sfera.az xatırladır ki, memorandumuna əsasən hər biri 250 milyon dolları olmaqla ümumilikdə 750 milyon dollarlıq kredit alınmalıydı. Bu müqavilə üzrə Azərbaycan hökuməti 250 milyon dollar həcmində təminatı öz üzərinə götürüb. 2016-cı ildən etibarən müqavilə üzrə ilk tranşla cəlb edilən 250 milyon dolları məbləğində vəsait ölkə ərazisində elektrik paylayıcı şəbəkənin yenidən qurulması işlərinin maliyyələşdirilməsi üçün tam olaraq istifadə edilib. Müqavilənin şərtlərinə görə, 2 və 3-cü tranşlar müvafiq olaraq 2018 və 2020-ci illərdə həyata keçirilməli idi.


Maliyyə Nazirliyi imtinanın səbəbini yeni xarici borclanma strategiyası ilə izah edib. Ortamüddətli (7 illik) dövrdə dövlət borcalmalarının əsas istiqamətlərini müəyyən edən və Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədi çərçivəsində sözügedən kredit müqaviləsi üzrə növbəti tranşların cəlb edilməsindən imtina olunub.


Azərbaycan hökuməti bu cür kreditlərdən imtina etməklə bərabər əlavə vəsaitə olan ehtiyacını daxili borclanmanı artırmaqla ödəməyə çalışır. Yanvarın 1-dən iyunun 11-nə qədər olan dövrdə Maliyyə Nazirliyi dövlət istiqrazlarını yerləşdirmək yolu ilə 250 milyon manatdan çox borc cəlb edib.

 

Dövlət istiqrazlarının yerləşdirilməsi ilə bağlı sonuncu hərrac iyunun 9-da keçirilib. Həmin hərracda 2 il müddətinə olmaqla 25 milyon manat dəyərində dövlət istiqrazı yerləşdirilib.

 

Növbəti hərrac iyunun 16-da keçirilməlidir. Bu hərracda 30 milyon manatlıq istiqraz yerləşdirilməlidir. Yalnız son bir ayda baş tutan hərraclarda dövlət 80 milyon manata qədər daxili borc cəlb edib. Əgər daxili borclanmadakı dinamika saxlanılarsa ilin yekununda 500 milyon manatdan artıq borc cəlb ediləcək.

 

 

 

Xatırladaq ki, Azərbaycan hökuməti əvvəllər daha çox xarici mənbələr hesabına borclanmanı artırmağa üstünlük verirdi. Lakin xarici bazarlarda faizlərin dəyişkənliyi, məzənnə riskləri, eyni zamanda daxili tələbin tənzimlənməsi zərurəti daxili borclanmanın da artırılmasını tələb edib.

 

2020-ci ildə daxili borclanmanın artırılması müşahidə ediləcək. Bunun bir səbəbi strateji planda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsidirsə, digər səbəbi bu il büdcə kəsirinin bir qədər yüksək olacağıdır. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi və daxili maliyyə bazarının inkişaf etdirilməsi məqsədilə hər il dövlət büdcəsi haqqında qanunda dövlət qiymətli kağızlarının emissiyası nəzərdə tutulur. Sözügedən istiqrazları investorlar bazar prinsipləri əsasında alır.


Dövlətin cəlb etdiyi daxili borclar əsasən qısa müddətlidir. Amma xarici borclar bir qayda olaraq uzunmüddətli olur. Daxili borcların da uzunmüddətə cəlb edilməsi üçün işlər görülməlidir. Maliyyə Nazirliyi bazarda dövlət qiymətli kağızlarının müddətinin mərhələli şəkildə uzadılması, təkrar bazarın formalaşdırılması istiqamətində iş aparılması və gələcəkdə daxili borcalmanın artırılmasına üstünlük verilməklə, xarici borcalmanın tədricən azaltmalıdır. Bunun üçün növbəti illərdə daxili qiymətli kağızlar bazarının daha da inkişaf etdirilməsi, o cümlədən təkrar bazarın formalaşdırılması məqsədilə investorlarla mütəmadi görüşlərin keçirilməsi, bazar tələblərinin müəyyən olunması və bunlar əsasında emissiya prospektləri hazırlanarkən investorların maraqlarının nəzərə alınması kimi tədbirlər görülməlidir. Dövlət qiymətli kağızlarının müddətinin mərhələli şəkildə uzadılması və tədricən, tələb olunan maliyyələşmələrin daxili borc almalar hesabına təmin edilməsi yolu ilə xarici borcalmaların əvəzləməyə nail olmalıdır.

 

 

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...