"HİSS ETMİŞDİM Kİ, ONUN DÖNÜŞÜ XOŞNİYYƏTLİ DEYİL..." - "Nə prezident, nə də deputat ola bilməz"


Sfera.az xəbər verir ki, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev moderator.az-a açıqlamasında iki gün öncə Rusiyada yaşayan milyarder Fərhad Əhmədovun Milli Məclis üzvləri barədə dediyi aşağılayıcı fikirlərə münasibət bildirib:

"Azərbaycan Rusiya əlaqələrinin gücləndiyi bir dövrdə iqtidar təmsilçilərinin Rusiyanın müəyyən dairələrinin himayə etdiyi bu tip adamların təhqirlərinə cavab verməyə risk etmədiyini, həm də Milli Məclis üzvü kimi həmin təhqirlərin mənə də aid olduğunu nəzərə alıb bəzi məsələlərə münasibət bildirərəm. Fərhad Əhmədov Azərbaycana dönəndə mən hiss etmişdim ki, bu xoşniyyətli dönüş deyil. Çünki o, Azərbaycanın çətin vaxtlarında qeybə çəkilmiş, ölkə stabil inkişaf yoluna çıxandan sonra geri qayıtdı. Biz Azərbaycan torpaqları işğal olunanda onun etiraz səsini eşitmədik. Senator olanda da "müdrikcəsinə" susmuşdu. Əlbəttə, işğalçıları müdafiə edən ölkənin vətəndaşının bunu etməsi xüsusi cəsarət tələb edirdi. Xüsusilə də pul qazanan birisi üçün. 

 

Etiraz bir yana qalsın, biz onun ata-baba yurdlarından qovulmuş, acından ölməmək üçün həyat mücadiləsi verən həmvətənlərinə kiçik bir dəstək verməsini də müşahidə etmədik. Biz onu Lalə Şövkətdən və digər sadə həmvətənlərimizdən fərqli olaraq 20 Yanvar qırğını zamanı Moskvada, Azərbaycanın daimi nümayəndəliyində Heydər və İlham Əliyevlərin yanında görmədik. Hazırda o müəyyən investisiya qoyub, başqa çıxış yolu qalmayan kəndlilərdən kilosu 15 qəpiyə narı alıb, onu emal etməklə böyük pullar qazanır və onun bir hissəsini öz reklamına sərf edir.

Xatırlayırsınızsa, səhv etmirəmsə ötən il o, rus mətbuatında Qarabağ barədə məqalə yazıb, Rusiya faktorunun üstündən sükutla keçmişdi. O zaman mən müsahibələrimin birində həmin məqama toxunaraq demişdim ki, Rusiyada böyük pullar qazanan biriləri bu dərdimiz barədə heç vaxt obyektiv danışa bilməzlər və ona görə də torpaqlarımızı niyə işğaldan azad edə bilmədiyimizi yaxşı başa düşən, gərginlik içərisində yaşayan insanları qıcıqlandırmayıb sussalar daha yaxşı olar. 

Onlar siyasətdən uzaq durub, doğulduqları ölkəyə investisiya yatırmaqla, xeyriyyəçiliklə xidmət göstərib hörmət qazana bilərlər. Yox, siyasi karyera naminə qeyd etdiklərimi edəcəklərsə, ifşa olunmuş halda geri qayıtmalı olacaqlar. Bu, "Rusiyanın Qarabağ məsələsinə aidiyyatı yoxdur, o yalnız vasitəçidir" deyən digərlərinə də aiddir.

Fərhad Əhmədov ziddiyyətli açıqlaması ilə burada ürək bulandırmaqdansa, vətəndaşı olduğu ölkənin problemlərindən yazıb, çıxış yollarını göstərsə daha başa düşülən olar. O və digər emissarlar Azərbaycanda istədiklərinə heç vaxt nail ola bilməyəcəklər. 

Azərbaycan Konstitusiyasına görə xarici ölkə qarşısında öhdəliyi olan istənilən şəxs nə prezident, nə də deputat ola bilməz. Onun təhqirlərinə gəldikdə isə onu deyə bilərəm ki, böyük rus xalqının bu barədə gözəl bir misalı var: "Hər kəs məsələlərə öz tərbiyəsinə uyğun münasibət bildirir". Müdrik xalqımızın isə onun kimilər haqqında belə bir Atalar sözü var: "Öz adımı sənə qoyum, səni də yana-yana qoyum".


OXŞAR XƏBƏRLƏR

İranda reper ölüm cəzasına məhkum edildi

İran hakimiyyəti 2022-2023-cü illərdə hökumət əleyhinə etiraz aksiyalarında fəal iştirak edən məşhur reper Tomaj Salehi barəsində ölüm hökmü çıxarıb. Bu barədə ...

Ərdoğan Qazaxıstanın Baş naziri ilə görüşdü

Qazaxıstan Baş naziri Oljas Bektenov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.   Sfeara.az xəbər verir ki, bu barədə “TRT haber”...

Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular

Türkiyə xüsusi xidmət orqanları İslam Dövləti terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 23 nəfəri saxlayıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Köçəryanın oğlu saxlanıldı - SƏBƏB

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu, ölkə parlamentinin deputatı Levon Köçəryan Azərbaycanla sərhədin delimitasiyasına etiraz olaraq keçirilən...

İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.   Sfera.az xəbər verir ki, bu barədə Azərbayca...

“Mustanq”la avtoşluq edən şəxs saxlanıldı - VİDEO

Sabunçu rayonu ərazisində “Ford Mustang” markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hə...