“Hipp” uşaq yeməklərini ölkəyə gətirən sabiq deputat məhkəməyə verildi

“Hipp” uşaq yeməklərini ölkəyə gətirən sabiq deputat məhkəməyə verildi
Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi sabiq deputat, biznesmen Aslan Cəfərova məxsus uşaq qidaları idxal edən "Diplomat-I” Firmasını məhkəməyə verib.

Sfera.az xəbər verir ki, "Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, firma 44 min manata yaxın vergi borcundan yayınmaqda ittiham olunur.

İşə Bakı Kommersiya Məhkəməsində hakim Fərrux Qasımovun sədrliyi ilə baxılır. Cavabdeh qismində "Diplomat-I” firması və İsgəndər Qasımov tanınıb.

Xatırladaq ki, Aslan Cəfərov müxtəlif illərdə İqtisadi İnkişaf Nazirliyində və İstehsal Bazarına Nəzarət Dövlət Xidmətində işləyib. 2008-2010-cu illərdə "Diplomat-I” firmasının kommersiya direktoru olan Cəfərov 77 saylı Astara seçki dairəsindən Milli Məclisin IV çağırış deputatı seçilib.

Qeyd edək ki, hazırda firmanın qanuni təmsilçisi sabiq deputatın atası Məmmədhüseyn Cəfərovdur. Firmanın ən məşhur brendi "Hipp” qidalarıdır.


Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Güclü külək əsəcək, qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 20-də arabir yağıntılı olacağı, sulu qar, bəzi yerlərdə qar yağacağı gözlənilir. Sfera.az  xəbər verir ki, b...

Siyasət, cinayət və komediya bir arada

Fransada aprel ayında keçiriləcək prezident seçkiləri marafonunda baş verən hadisələr təəccübləndirməkdə davam edir. Dörd ildən bir keçirilən prezident seçkilər...

“Spayder” sözünü lüğətə salan şəxs özünə belə haqq qazandırdı - VİDEO

Sfera.az bildirir ki, "Spayder” sözünü orfoqrafiya lüğətinə salan Dilçilik İnstitutunun aparıcı elmi işçisi Xədicə Heydərova Baku TV-yə açıqlama verib. Xə...

Azərbaycanda "Pfizer" vaksini vurulan tibb müəssisələrinin sayı artırıldı - SİYAHI

Azərbaycanda koronavirus əleyhinə "Pfizer-BioNTech" vaksini vurulan tibb müəssisələrinin sayı yenidən iki dəfə artırılıb. Sfera.az xəbər verir ki, bununla da h...

Mədət Quliyevin işdən çıxardığı şəxsə yeni vəzifə verildi - FOTO

Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) vitse-prezidenti Kamil Hüseynovun sədrliyi ilə qurumun İdarə Heyətinin iclası olub. Federasiyadan  ...

İşdən çıxarılan icra başçısının əmlakları ÜZƏ ÇIXDI

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülmməmədova vəzifəsindən azad edilib. &nb...