Hindistanda yeni koronavirus mutasiyası yayıldı - Bəzi əyalətlər təcrid edildi
11:41 / 21.06.2021
2165
Hindistanın Maharaştra əyaləti, delta plus
(B.1.617.2.1) adı alan yeni koronavirus
ştammına 20 yoluxma faktı barədə məlumat
verib.
"Navi- Mumbaidə, Palgarda və Ratnagiridə
delta plus aşkar etdik. Bundan sonra analiz üçün daha çox nümunə göndərdik və
hüsabat gözləyirik",- deyə Tibbi Təhsil və Tədqiqat şöbəsinin müdiri
doktor T.P. Lahan Hindistan TV-yə bildirib.
Sfera.az xəbər verir ki, Ratnagiri liman şəhərində
yeni ştamma beş yoluxma faktı qeydə alınıb. İki xəstədə yoluxma əlamətlərinin olmadığı bildirilir. Hakimiyyət koronavirus
infeksiyasının yayılmasını dayandırmaq
üçün mutasiyanın aşkarlandığı rayonları təcrid edib.
Son aylarda bir çox ölkədə 2020-ci ilin 5
oktyabrında Hindistanın Maharaştra əyalətində
aşkar edilən B.1.617 koronavirus ştammına yoluxma halları qeydə alınıb. Yerli həkimlərin
fikrincə, bu mutasiya Hindistanda koronavirusun ikinci dalğasına səbəbolan amillərdən biri ola bilər.
Əvvəllər bu növün üç alt növü - B.1.617.1,
B.1.617.2 və B.1.617.3 aşkar edilmişdi. Yeni alt növ isə sünbül zülalında K417N mutasiyasının olması
ilə fərqlənir, bu isə xəstələnib
sağalmış və vaksinasiya olunmuş
insanların orqanizmində zərdab və antitellərin
fəallığını zəiflədə bilər. Hindistan həkimlərinin qeyd etdiyi kimi, bu
ştamm ilk dəfə bu ilin martında Avropada aşkar edilmişdi.
Qeyd edək ki, Hindistan dünyada koronavirusa
yoluxma və ölüm hallarının sayına görə ilk yerlərdən birini tutur. Yerli Səhiyyə
Nazirliyinin son məlumatına görə, ötən
il mart ayından etibarən, orada koronavirus pandemiyası başlayandan bəri,
koronavirusa yoluxanların ümumi sayı 29,8 milyonu keçib, 28,7 milyondan çox
insan sağalıb, 386 mindən çoxu ölüb, 729 min koronaviruslu xəstə hazırda müalicə müalicə olunur.