Hindistan Rusiyadan 14,5 milyard dollarlıq silah və hərbi texnika alacaq
Dünya
15:26 / 04.09.2019
1754
Hindistan Rusiyadan 14,5 milyard dollar dəyərində silah və hərbi texnika alacaq.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev bildirib.
O deyib ki, Hindistan və Rusiya arasında 14,5 milyard dollar dəyərində Rusiyadan silahların və hərbi texnikaların tədarükünü nəzərdə tutan müqavilə imzalanıb.
"Bu, çox əhəmiyyətli rəqəmdir və həqiqətən irəliləyişdir", - deyə D.Şuqayev qeyd edib.