Hikmət Həsənovun minaya düşdüyü zirehli maşının - GÖRÜNTÜLƏRİ

Hikmət Həsənovun minaya düşdüyü zirehli maşının - GÖRÜNTÜLƏRİ
General-mayor Hikmət Həsənovun Zəfər günü Şuşada generallarla görüşdə iştirak etməməsi barədə "Qafqazinfo”da yayımlanan xəbərdən sonra yaxınları məsələyə münasibət bildirib. Generalın Birinci Ordu korpusu komandirliyindən çıxarıldığını və hazırda Hərbi Akademiyada xidmətə davam etdiyini qeyri-rəsmi olaraq təsdiqləyiblər.

Sfera.az-ın məlumata görə, Hikmət Həsənov ötən il noyabrın 20-də təhvil verilən Ağdama daxil olarkən kalonun başında zirehli maşınla hərəkət edib. Bu zaman maşın minaya düşüb və general ağır xəsarət alaraq belində 3 yerdə sınıq əmələ gəlib. Hazırda da hospitalda müalicəsini davam etdirir.


 

Müharibə zamanı general Həsənovun infarkt keçirməsi və ürək əməliyyatı olması ilə bağlı informasiyaya da yaxınları münasibət bildirib. Qeyd ediblər ki, döyüşləri idarə edən Hikmət Həsənovun gecə saat 02 radələrində ürəyi tutub və Gəncə Mərkəzi Klinik Xəstəxanasına çatdırılıb. Orada ürəyinə stend qoyulduqdan sonra həmin gün səhər tezdən şimal-qərb cəbhəsinə qayıdaraq döyüşlərə rəhbərlik etməsinə davam edib. Bu zaman generalın həyatına təhlükə olduğu üçün xüsusi həkim qrupu ilə təmin edilib.

H.Həsənovun yaxınları vasitəsilə ondan açıqlama almağa çalışsaq da, general hazırda xidmətdə olduğu üçün yuxarı rəhbərliyin icazəsi olmadan açıqlama verə bilməyəcəyini deyib. Hər hansı bir açıqlama, məlumat üçün Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağı tövsiyə edib.

"Qafqazinfo” general-mayor Hikmət Həsənovun içində olduğu zirehli maşının Ağdamda minaya düşdükdən sonrakı görüntülərini təqdim edir:


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...