Hikmət Hacıyevdən ermənilərin Bərdəyə hücumu ilə bağlı AÇIQLAMA
14:01 / 28.10.2020
1289
"Ermənistanın silahlı qüvvələrinin Tərtərə raket hücumlarından sonra Bərdəyə raket zərbələri endirilib. Dünən mülki şəxslərin kasset silahlarla öldürülməsindən heç bir dərs çıxarılmayıb”.
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"də yazıb.
"Ermənistan işğala və hərbi cinayətlərinə son qoymalıdır”, - o əlavə edib.