Hikmət Hacıyev Zəngilan və Cəbrayıla səfərdən yazdı
09:39 / 06.02.2021
1735
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik nümayəndəliklər və beynəlxalq təşkilat rəhbərləri ilə birlikdə Cəbrayıl və Zəngilan rayonlarına səfər edir.
Sfera.az xəbər verir ki, o bu barədə öz Tvitter hesabında məlumat verib.
"Prezident İlham Əliyev və Xarici İşlər Nazirliyinin birgə göstərişi ilə diplomatik korpuslar - səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri ilə Azərbaycanın işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarına səfər üçün yola düşmüşük",-deyə H. Hacıyev qeyd edib.