Hikmət Hacıyev şəhidimizdən yazdı - FOTO
20:37 / 25.10.2020
4351
"Azərbaycanın igid oğlu - əsgər Solnsev Dmitri Aleksandroviç torpaqlarımızın Ermənistan işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Onun 25 yaşı var idi. O, etnik rus olaraq çoxmədəniyyətli Azərbaycanın fəxri vətəndaşı idi. Nur içində yat, Dmitri!”.
Sfera.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün Tvitter səhifəsində yazıb.