Hikmət Hacıyev İstanbulda çıxış edəcək - DETALLAR

Hikmət Hacıyev İstanbulda çıxış edəcək - DETALLAR
Dekabrın 11-12-də İstanbul şəhərində Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən Beynəlxalq Strateji Kommunikasiya Zirvəsi keçiriləcək.

Sfera.az "TRT”yə istinadən xəbər verir ki, dünyanın bir çox ekspertinin qatılacağı tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edəcək.

Məlumata görə, Hikmət Hacıyev "Qarabağ: Bir Zəfərin kommunikasiyası” mövzusunda çıxış edəcək.

Bildirilib ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Zirvəyə videomüraciətlə qatılacaq.

İki gün davam edəcək tədbirdə 30-dan çox ölkənin akademik qurumları, dövlət sektoru, mətbuat, özəl sektor, vətəndaş cəmiyyəti quruluşları, həmçinin beynəlxalq təşkilatlardan nümayəndələr iştirak edəcəklər.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Rusiyanın TƏHLÜKƏLİ SSENARİSİ: Ukraynanın yarısını qoparmaq, bölgədə təxribatlar...

"Kremlin Donbass separatçılarını "tanıması” Qarabağ separatçılarını və onların başda Ermənistan olmaqla, digər dövlətlərdəki tərəfdarlarını fəallaşdıracaq”. &n...

Lavrov: “Bu görüşdən nəticə gözləmirik...”

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-NATO münasibətləri ilə əlaqədar ABŞ dövlət katibi Antoni Blinken ilə Cenevrədə keçirdiyi görüşdən nəticə gözləməd...

Hikmət Hacıyev: "Ermənistandan cavab gözləyirik"

"Ermənistan regionda yaranmış yeni geosiyasi vəziyyəti düzgün qiymətləndirməli və nəticə çıxarmalıdır". Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublik...

Rəsmi Bakıdan Fransa xarici işlər nazirinin bəyanatına - Reaksiya

"Təəssüflə qeyd etmək istərdik ki, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian tərəfindən bu gün bu ölkənin Milli Assambleyasında diplomata yar...

Rövşən Rzayev “Şöhrət” ordeni ilə təltif edildi

Rövşən Şükür oğlu Rzayev "Şöhrət” ordeni ilə təltif edilib. Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azə...

Bölgədə nə baş verir? - “Ukrayna Putinin Krım körpüsünü dağıdacaq, Rusiya isə..”

"Qərb bu dəfə Rusiyaya heç bir güzəştə getməyəcək”.   Sfera.az bildirir ki, bunu sabiq spiker Rəsul Quliyev Rusiya-Ukrayna münasibətlərini şərh edərkən d...