Hikmət Hacıyev: “Ermənistan Füzulidə mədəni irsi qəsdən məhv edib”

Hikmət Hacıyev: “Ermənistan Füzulidə mədəni irsi qəsdən məhv edib”
"Füzulidə yalnız binanın fasadı qalıb. Azərbaycanın işğaldan azad edilən Füzuli bölgəsindəki dağıntıların miqyası Ermənistanın sivil dünyadan nə qədər uzaq olduğunu göstərir. Bu vandalizm və barbarlıqdır”.
 
Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.

"Bura tropik meşə və ya cəngəllik deyil. Eyni zamanda qiyamət şəhəri deyil. Bura Azərbaycanın Füzuli şəhərinin xarabalıqlarıdır. Yerlə yeksan edilib. Qoy beynəlxalq ictimaiyyət Ermənistanın vandalizmini görsün. Bu mülkiyyətin, mədəni irsin qəsdən məhv və talan edilməsidir.

455-ci ildə Roma şəhəri Vandallar adlanan qəbilələr tərəfindən yandırılaraq talan edildi. Onların nüfuzu bütün tarix boyu məhv etmə - Vandalizm əməlləri ilə sinonim olaraq möhürlənib. Ermənistanın bir vaxtlar çiçəklənən Füzuli şəhərini məhv etdiyini gördükdən sonra vandalizmin yeni sinonimi yaranıb” - deyə, o bildirib.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...