Hikmət Hacıyev: \"Azərbaycandakı xarici diplomatların Füzuliyə səfəri təşkil olunur\"
12:10 / 22.11.2020
1493
Ali Baş Komandanın, prezidentin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olumuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil olunur. Səfərdə 120-dən artıq diplomat iştirak edir.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.