Hikmət Hacıyev “Atlantik Şurası”nın təşkil etdiyi onlayn seminarda sualları cavablandırıb

Hikmət Hacıyev “Atlantik Şurası”nın təşkil etdiyi onlayn seminarda sualları cavablandırıb
Vaşinqtonda fəaliyyət göstərən ən nüfuzlu "beyin mərkəzləri”ndən olan "Atlantik Şurası” ("Atlantic Council”) Ermənistan-Azərbaycan müharibəsinin yekunlarına və münaqişədən sonrakı dövrdə regional əməkdaşlığın perspektivlərinə həsr edilmiş onlayn-seminar keçirib.

Sfera.az xəbər verir ki, moderatoru "Atlantik Şurası” nəzdində Avrasiya Mərkəzinin direktoru, ABŞ-ın Ukraynadakı sabiq səfiri Con Herbst olan tədbirdə mərkəzin və auditoriyanın suallarını Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cavablandırıb.

"İki il  əvvəl, "Atlantik Şurası” qarşısında məruzə ilə çıxış edərkən, Dağlıq Qarabağ münaqişəsindən, işğaldan, təmas xəttindən danışırdım. Amma bu gün status-kvo tamamilə dəyişdiyindən tamamilə fərqli istiqamətdə danışa bilərəm. İşğala son qoyuldu. Müharibə bitdi. Qarşıdurma yerini əməkdaşlıq perspektivinə verdi. ", - deyə Hikmət Hacıyev bildirib.

"İndi Cənubi Qafqazda regional əməkdaşlıq, regional inteqrasiya və regional inklüzivlik üçün gözəl imkanlarımız var. Biz regionumuzdakı bütün dövlətlərin iştirak edə biləcəyi yeni regional əməkdaşlıq arxitekturası və inteqrasiyası, yəni, özünəməxsus Qafqaz dünyası yaratmaq haqda düşünürük”, - deyə
Azərbaycan dövləti başçısının köməkçisi əlavə edib.
 
O, həmçinin əlavə edib ki, "hələlik gələcək inkişaf naminə dəf etməli olduğumuz çətinliklər var” və region dövlətlərinin hər birinin sözügedən prosesdə iştirak edəcəyinə ümidli olduğunu bildirib.

Prezidentin köməkçisi 2020-ci ilin sentyabr ayında hərbi əməliyyatlara hansı tərəfin başlaması barədə suala cavab olaraq bildirib ki, sonuncu silahlı münaqişənin səbəblərini aydınlaşdırmaq üçün müharibəyə gətirib çıxarmış şəraiti nəzərdən keçirmək lazımdır. Ermənistan və Azərbaycan liderlərinin Düşənbədəki görüşündən sonra Prezident İlham Əliyev xoş məram nümayiş etdirərək, Ermənistan baş nazirinin Dağlıq Qarabağ münaqişəsini Ermənistanda sabitlik yaradılandan sonra nizamlamaq məsələsinə qayıtmasına icazə verib, amma Ermənistanın baş naziri bu xoş münasibətdən sui-istifadə edib və sonradan millətçi bəyanatlarla çıxış etməyə başlayıb.
 
O cümlədən Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərinin gedişində "Arsax” (Qarabağ-red.) Ermənistandır və nöqtə” deyib. Paşinyanın bu cür absurd bəyanatlarından əlavə, Ermənistanın müdafiə naziri Tonoyan ABŞ-da erməni diasporu ilə görüşündə Ermənistanın "yeni ərazilər uğrunda yeni müharibə” doktrinasını bəyan edib. Bütün bu bəyanatlar, üstəlik ötən ilin iyul ayında Tovuz rayonunda erməni tərəfinin silahlı təxribatları, Azərbaycanın mülki obyektlərinin və Azərbaycan Ordusunun mövqelərinin sentyabr ayında məqsədyönlü şəkildə artilleriya atəşinə tutulması Azərbaycan Ordusunun BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirmək və Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etmək məqsədilə bütün cəbhəboyu əks-hücumuna gətirib çıxardı.
 
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, münaqişənin silahlı fazasında Azərbaycan dəfələrlə hərbi əməliyyatları dayandırmağa hazır olduğunu bildirib, bu şərtlə ki, Ermənistan erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması qrafikini dərhal təqdim etsin. Amma belə olmadı və nəhayət, noyabr ayında Şuşa şəhəri və Azərbaycanın digər əraziləri azad ediləndən sonra Ermənistan Bakının şərtlərini qəbul etməyə məcbur oldu.

Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan RF sülhməramlı kontingenti ilə "açıq dialoqu və kommunikasiyanı” dəstəkləyir, bu kontingentin nümayəndələri öz işini peşəkar səviyyədə yerinə yetirir. Azərbaycan Prezidentinin köməkçisi erməni hərbi əsirləri barədə sualın cavabında bəyan edib ki, noyabrın 9-da məlum bəyanat imzalanandan sonra Azərbaycanın dövlət sərhədini keçmiş 62 nəfər silahlı erməninin məqsədi Azərbaycan mövqelərinə hücum etmək idi, onlar hətta özləri ilə müəyyən texnika da götürmüşdülər. Bu şəxslər hərbi əsir deyil, onlar əsirlərin digər kateqoriyasına aiddir. Bəyanat imzalanandan sonra Azərbaycan təqribən 1200 erməni hərbi qulluqçusunun cəsədini erməni tərəfinə qaytarıb.

Prezidentin köməkçisi seminarın erməni iştirakçılarına xatırladıb ki, Birinci Qarabağ müharibəsindən sonra 4000-dən çox azərbaycanlı hələ də itkin düşmüş hesab edilir və Ermənistan bu şəxslər barədə məlumat təqdim etməlidir.

Onlayn-seminarın gedişində Hikmət Hacıyev auditoriyaya münaqişənin başlanması barədə, o cümlədən keçmiş SSRİ-nin müəyyən dairələri tərəfindən təşkil olunmuş və etnik erməni Eduard Qriqoryan kimi cinayətkarlar tərəfindən icra edilmiş Sumqayıt hadisələri barədə də məlumat təqdim edib. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və həmin ərazilərdə yenidənqurma, azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qaytarılması planı da müzakirə edilib.

Diqqətə çatdırılıb ki, Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan ermənilər ölkəmizin tamhüquqlu vətəndaşlarıdır və Azərbaycan qanunlarının, onun Konstitusiyasının aliliyini qəbul etməyə borcludurlar.

Hikmət Hacıyev münaqişədən sonrakı dövrdə ATƏT-in Minsk qrupunun rolu barədə suala cavab verərək deyib ki, Minsk qrupu iki tərəf arasında etimadın möhkəmlənməsi tədbirlərinin müəyyən olunmasına kömək edə bilər.

Seminarın gedişində Hikmət Hacıyev həmçinin  eyni zamanda  həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstanla həmsərhəd olan Türkiyənin regional proseslərdə mühüm rol oynadığını və oynayacağını da qeyd edib. Hacıyevin sözlərinə görə, Türkiyə üçtərəfli əməkdaşlığın inkişafına və onun digər formatlarına mühüm təsir göstərə bilər. Türkiyə Azərbaycana böyük dəstək verdi, amma Azərbaycan ərazisində türk hərbi bazaları yoxdur. Türkiyəlli hərbçilər atəşkəsə əməl olunmasını izləmək üçün Rusiya ilə müştərək Monitorinq Mərkəzində iştirak edirlər.

Azərbaycan Prezidentinin köməkçisi sonda bəyan edib ki, Amerika şirkətləri Azərbaycanın Qarabağ regionunun infrastrukturunun bərpasına investisiyalar qoymaq və bu işlərdə iştirak etmək yolu ilə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulmasına və regional inteqrasiyaya öz töhfələrini verə bilər.
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...

Çarli Çaplini heyran edən azərbaycanlı bəstəkarın DOĞUM GÜNÜDÜR

Bu gün görkəmli bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin doğum günüdür.   Sfera.az xəbər verir ki, Qəmbər Hüseynli 16 ...

Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb

Yelo Bank 2024-cü ilin birinci rübünü uğurlu nəticələrlə tamamlayıb.   Rübün yekununda Bankın xalis mənfəəti 14 mln manatı keçib. Bankın digər əsas m...

Kloppun yerinə daha bir namizəd seçildi - FOTO

Almaniyanın “Bavariya” klubunun sabiq baş məşqçisi Niko Kovaç İngiltərə “Liverpul”una rəhbərlik edə bilər.   Sfera.az bildiri...

Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi İsrailin İranın Dəməşqdəki diplomatik missiyasına hücumundan sonra Yaxın Şərqdə vəziyyətin gərginləş...