Hikmət Cavadovla bağlı Prezidentə və hüquq-mühafizə orqanları rəhbərlərinə ŞOK MÜRACİƏT

Hikmət Cavadovla bağlı Prezidentə və hüquq-mühafizə orqanları rəhbərlərinə ŞOK MÜRACİƏT

Ukraynada fəaliyyət göstərən nüfuzlu və tanınmış azərbaycanlı ziyalılar bu yaxınlarda geri çağırılan Azərbaycan Respublikasının Ukrayna Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevə qarşı Kiyevdə törədilmiş təxribatı pisləyən müraciət yayıblar. 

 

 

Sfera.az xəbər verir ki, ölkə xaricində fəaliyyət göstərən soydaşlarımız diplomat Azər Xudiyevə qarşı törədilən çirkin təxribata görə Prezident lhham Əliyevə, Baş prokuror Zakir Qaralova, Daxili İşlər naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova müraciət ediblər. 

Müraciətdə qeyd olunur ki, Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevin müddətinin başa çatması ilə bağlı geri çağrılmasından sonra "Ukrayna Azərbaycanlılarının Birləşmiş Diaspora” təşkilatının sədri Hikmət Cavadovun təşkilatçılığı ilə Kiyev şəhərindəki kafelərdən birində  xalqımızın adına ləkə gətirən məclis təşkil olunub:

Müraciətin tam mətnini təqdim edirik:

Hörmətli cənab Prezident!

İlk öncə, Sizi Bahar Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edir, tarixi vətənimizə ruzi və bərəkət, sülh və əminamanlıq arzulayırıq.

Biz uzun illər Ukraynada yaşayan ziyalılar, elm və incəsənət adamları vətən hüdudlarından kənarda yaşamağımıza baxmayaraq, daima xalqımızın zəngin mədəniyyətinin, qədim adət-ənənələrinin, milli,mənəvi dəyərlərinin qorunması və təbliğ olunması yolunda var gücümüzlə çalışmış,bu istiqamətdə əlimizdən gələni əsirgəməmişik. Ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra, erməni şovinistlərinin torpaqlarımızın 20 faizini işğal etmələri,bir milyondan çox soydaşlarımızın öz döğma yurd yerlərindən didərgin salınması bizi dövlətimiz və dövlətçiliyimiz ətrafında daha sıx birləşməyə vadar edib. 

Təəssüflər olsun ki,son illə Uktaynada özlərini "diaspora "təşkilatı adlandıran bir qrup insan  bu ölkədə yaşayan nüfuzlu insanlara qarşı şər və böhtan kampaniyası aparmaqla xalqımızın adına baş aşağılığı gətirirlər. 

Cari ilin mart ayının 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının müvafiq sərancamına əsasən Azərbaycan Respublikasının Ukrayna Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevin müddətinin başa çatması ilə bağll geri çağrılmasından sonra "Ukrayna Azərbaycanlılarının Birləşmiş Diaspora” təşkilatının sədri Hikmət Cavadovun təşkilatçılığı ilə Kiyev şəhərindəki kafelərdən birində  Xalqımızın adına ləkə gətirən məclis təşkil olunmuş, Azərbaycanın səlahiyyətli nümayəndəsinin və  diplomatının şərəf və ləyaqətini alçaldan, qeyri etik hərəkətlərə yol verilmişdir. "Diaspora "nümayəndələrinin belə bir yaramaz hərəkətləri Ukraynada fəaliyyət göstərən erməni diasporu və  bir sıra erməni saytları tərəfindən məxsəriyə qoyulmuş, bu ləyaqətsiz hərəkət düşmənlərimizin gülünc hədəfinə çevrilmişdir.

Ukraynada yaşayan azərbaycanlı elm, mədəniyyət, incəsənət xadimləri və eləcə də iş adamları "Ukrayna Azərbaycanlılarının Birləşmiş Diaspora” təşkilatının xalqımızın adına baş aşağılığı gətirən yaramaz hərəkətlərini qətiyyətlə pisləyir, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətindən və digər hüquq mühafizə orqanlarından Azərbaycan diplomatının şərəf və ləyaqətini alçaldan əxlaqsız hərəkətlərinə görə Hikmət Cavadov və o məclisdə iştirak edən insanlar haqqda ciddi ölçü götürülməsini xahiş edirik.

Təəssüf hissi ilə qeyd etmək istərdik ki, bu məsələ ilə bağlı Azərbaycanın hər hansı bir müvafiq dövlət qurumu və, həmçinin, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən bugünə kimi hər hansı bir münasidət bildirilməmişdir. 

Yüksək diqqətinizə çatdırmaq istəyirik ki, Azər Xudiyev Ukraynada Səfir işlədiyi illərdə, peşəkar diplomat kimi ölkələrimiz arasında kı tarixi dostluq əlaqələrinin inkişaf etdirilməsinə layiqli töhfələr vermiş, son 4 ildə Kiyev şəhərinin mərkəzində Azərbaycanın dahi şəsxiyyətlərinin  abidələrinin ucaldılmasına nail olmuşdur. 

O, daima ermənilərin xalqımıza və torpaqlarımıza qarşı yürütdüyü işğalçılıq və soyqırım siyasətinin Ukrayna ictimaiyyətinə çatdırılması istiqamətində olduqca səmərəli xidmətlər göstərmişdir. A.Xudiyev Ukraynada apardığı fəaliyyəti ilə burada yaşayan bütün ziyalılar və soydaşlarımız tərəfindən böyük rəğbət və hörmət qazanmışdır. 

Dərin hörmət və ehtiramla,  

1.Cəvahir Cəfərova – Ukraynanın əməkdar  həkimi, professor, 1 saylı Lvov Klinik Xəstəxanasının baş həkimi,

2.Seyfəddin Qurbanov – Ukraynanın xalq rəssamı, Azərbaycan Respublikasının əməkdar rəssamı, Azərbaycanın Xarkov şəhərindəki Mədəniyyət və İnformatsiya Mərkəzinin rəhbəri,

3.Əfqan Salmanov – Azərbaycan Respublikasının Xarkov şəhərindəki fəxri konsulu, 

4.Emin Nəcəfli – Kazaxstan Respublikasının Xarkov şəhərindəki fəxri konsulu, Hüquq elmləri namizədi,

5.Fərid Əliyev – İqtisad elmləri namizədi. V.V.Dokuçayev adına Xarkov Milli Aqrar Universitetinin müəllimi, Türkiyə-Ukrayna Beynəlxalq İş Adamları İttifaqının Xarkov reqionu üzrə sədri,

6.Teymur Məmmədov – Lvov Milli Daxili Işlər Akademiyasının hüquq magistri, Birləşmiş Azərbaycanlılar Konqresinin Lvov təşkilatının sədri,

7.Fəxrəddin Muxtarov – Poltava Vilayətinin deputatı,

8.Qoşqar Muxtarov – Dnepropetrovsk Vilayətinin deputatı,

9. Daşqın Əhmədov – "Azərbaycan” Ticarət Evinin Ukraynadakı təsisçisi, müdiri,

10. Əli Əliyev – Azərbaycan-Türk-Ukrayna İş Adamları (ATU) Birliyinin sədri, advokat,

11. Yunus Əliyev –  Diaspora xidmətlərinə görə "Tərəqqi” medalı sahibi,

12. Qüdrət Hacıyev – Diaspora xidmətlərinə görə "Tərəqqi” medalı sahibi,

13. Sabir Şirinov – AR Prezidenti tərəfindən "İgidliyə görə” medalı ilə təltif edilmişdir,

14. Umud Şirinov – AR Prezidenti tərəfindən "İgidliyə görə” medalı ilə təltif edilmişdir. (yeni sabah)

OXŞAR XƏBƏRLƏR

Ordudakı kadr dəyişikliyini zəruri edən nədir?

 "Hadisələrin gedişatını müşahidə edən biri kimi deyə bilərəm ki, Müdafiə Nazirliyində aparılan ciddi struktur və kadr islahatları ordunun daha da güclənmə...

"Huner Group"dan möhtəşəm fürsət

Huner Group Ağ Şəhərdə yeni layihəsi olan "Hünər Park” yaşayış kompleksində alıcılar üçün möhtəşəm fürsət təqdim edir.  8 mərtəbədən, 9 blokdan ibarə...

Deputatdan həmsədrlərə sərt ittihamlar

 "Beynəlxalq təşkilatlar, xüsusən də ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın 28 ildir Azərbaycan torpaqlarını işğal altında saxlamasına görə məsuli...

Ədalət Vəliyev: "İqtidarla müxalifət arasında indiyədək müşahidə edilməyən yaxınlaşma var"

"Azərbaycanda həyata keçirilən islahatların prioritet istiqamətlərindən biri olan korrupsiyaya qarşı mübarizə pandemiya şəraitində də səngiməyib”. "Report” x...

"Ordumuzun təchizatı da güclüdür, milli ruhu da yüksəkdir"

 "Ordumuz çox güclüdür. Ordumuzun təchizatı da güclüdür, milli ruhu da yüksəkdir" Bunu sonxeber.az-a Dağlıq Qarabağ münaqişəsinin mümkün həlli yollar...

Ekspert: “Ordumuzun gecə vaxtı döyüş atışlı təlimi yüksək dəqiqliklə keçirilib”

 "Gecə vaxtı döyüş atışlı kimi mürəkkəb təlimlərin keçirilməsi və heç bir xoşagəlməz hadisənin olmaması Azərbaycan Ordusunun peşəkarlığını göstərir. Buna g...