Hidayətqızı məsuliyyətə cəlb oluna bilər – RƏSMİ AÇIQLAMA

Hidayətqızı məsuliyyətə cəlb oluna bilər – RƏSMİ AÇIQLAMA
 

Bu Il Yanvarın 1-Dən "Uşaqların Zərərli Informasiyadan Qorunması Haqqında” Qanun Qüvvəyə Minib.

Ailə, Qadın Və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Şöbə Müdiri Elgün Səfərov Ayna.Az-A Uşaq Hüquqlarının Qorunmasına Söykənən Qanunun Tənzimlənməsindən Danışıb.

Onun Sözlərinə Görə, Həmin Qanunun Mexanizmləri Hazırlanıb:

"Qanunda Normalar Qeyd Olunsa Da, Tənzimlənmə Yox Idi. Nazirlər Kabinetinin Qərarı Və Təsdiqini Gözləyirik. Bir Neçə Qurumla Yanaşı, Biz Də Öz Sənədlərimizi Təqdim Etmişik. Fevral Ayından Biz Öz Təlimlərimizə Start Veririk, Rəsmi Təlimatları Əldə Etdikdən Sonra Isə Konkret Işlərə Başlayacağıq. Bəli, Telekanallardakı Verilişlərə Qanundan Çıxış Edərək Tələblər Qoya Bilərik, Hətta Onların Birdəfəlik Yığışdırılması Məsələsi Də Gündəmə Gəlməlidir”.

Komitə Rəsmisi Əlavə Edib Ki, Dəfələrlə Rəsmi Qurumun Təkidi Ilə Daha Çox Tamaşaçının Zərərinə Işləyən Verilişlərin Bağlanmasına Nail Olunub:

"Təəssüf Ki, Həmin Verilişlər Yeni Adla Başqa Kanalda Yayımlanmaqda Davam Edir. Bəzi Məsələlər Var Ki, Bizim Səlahiyyətlərimiz Daxilində Deyil. Ona Görə Qeyd Olunan Qanunla Bağlı Təlimatlar Təsdiqini Tapdıqdan Sonra Baryer Ortadan Qalxacaq Və Biz Daha Ciddi Şəkildə Tələblər Qoya Biləcəyik”.

E.Səfərov Tovuzda Baş Verən Nərmin Quliyeva Cinayətinə Də Toxunub:

"Elə Itmiş Uşağın Meyitinin Dəhşətli Formada Ortaya Çıxmasında Məlum Televerilişin Rolu Var. Bu Veriliş Əməliyyat-Axtarış Prosesinə Mane Olub, Məhz O Verilişdən Sonra Meyitin Tapılması Hər Kəsdə Təəssüf Doğurdu. Hətta Burada Inzibati Qaydada Məsuliyyət Də Yarana Bilər.

Vurğulayım Ki, Tezliklə Uşaq Hüquqlarını Pozan, Zorakılıqla Bağlı Olan Televerilişlərin, Hər Hansı Informasiya Xarakterli Məhsullarla Bağlı Prosesə Başlanacaq, Səbəbkarların Məsuliyyətə Cəlb Olunması Üçün Ciddi Tədbirlər Görəcəyik”.

"Komitə Nərminin Itməsi Ilə Bağlı Xəbərin Ardından Dərhal Fəaliyyətə Başlayıb. Nərmin Noyabrın 21-Də Yoxa Çıxdı, Səhəri Tovuz Rayonunda Monitorinq Komissiyamız Işləməyə Başladı, Amma Biz Araşdırma Bitməmiş Öz Işimizi Görə Bilmirik.

Qeyd Etməliyəm Ki, Həmin Ailədə Hazırda Başqa Uşaq Da Var, O Uşağın Təhlükəsizliyi Və Psixoloji Vəziyyəti Üçün Bir Müddət Ailədən Alınması Məsələsi Də Gündəmdədir. Təəssüf Ki, Baş Verən Cinayət Çoxunda Suallar Doğurur. Ortada Məsuliyyətsizlik, Səhlənkarlıq Var”, – Deyə Komitə Rəsmisi Vurğulayıb.

Xatırladaq Ki, "Xəzər” TV-Də Efirə Gedən "Səni Axtarıram” Verilişində N.Quliyeva Ilə Bağlı Bir Sıra Süjetlər Yayımlanıb. Həmin Verilişlərdən Birində Itkin Qızın Anası "Heç Olmasa, Övladımın Ölüsünü Verin” Müraciətini Edib. Daha Sonra 10 Yaşlı Qızın Yandırılmış Meyiti Aşkarlanıb.



OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...