Heydər Əliyevin xatirəsinə həsr olunan mini-futbol yarışı başa çatıb - FOTOLAR

Heydər Əliyevin xatirəsinə həsr olunan mini-futbol yarışı başa çatıb - FOTOLAR

 

"AtaBank” ASC-nin dəstəyi ilə ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan mini-futbol yarışı başa çatıb. "GNI”, "VTB” Bank Azərbaycan, "AtaHolding”, "AFAM” və "Synergy” Şirkətlər Qrupunun təşkil olunan turnirdə çempion adı yenə dəyişməz qalıb.

 

Ənənəvi turnirin 8-ci ilində "No Name" zirvəni əldən verməyib. 32 gün davam edən yarışın ən titullu komandası bununla da 5-ci dəfə çempion tituluna yiyələnib. Onlar həlledici qarşılaşmada VTB-dən güclü olublar. Üçüncü yerin sahibinin adı isə dəyişib. "Cybernet"ə qalib gələn AFAM Group tarixinin ilk mükafatına - bürünc medala yiyələnib.

 

Belə ki, meydan əvvəlcə AFAM Group və "Cybernet"in ixtiyarına verilib. Tennis Akademiyasında baş tutan və AFFA-nın hakimlər briqadasının idarə etdiyi görüş həm maraqlı, həm də məhsuldar alınıb. "Cybernet"in əzmkarlıq göstərməsinə baxmayaraq, AFAM Group 7:5 hesabı ilə qalib gəlib.

 

"No Name" - "VTB” Bank Azərbaycan finalında isə gözlənilməz nəticə qeydə alınmayıb. "Adsız komanda" 4:0 hesablı qələbə qazanıb. Bu, həm də 3 il əvvəlki finalın qisası olub.

 

Beləliklə, uzun sürən marafon yenə də "No Name"in qələbəsi ilə başa çatıb. VTB-nin ikinci olduğu turnirdə "üçlüy"ü AFAM Group qapayıb.

 

Final

"No Name” – "VTB” Bank Azərbaycan – 4:0

Qollar: Şamo İsgəndərov 5 (pen), Ramiz Boqdanov, 29, 45, Etibar Babaşlı, 50

 

Üçüncü yer uğrunda matç

AFAM Group - "Cybernet" - 7:5

Qollar: Fərid Şabanov, 2, 16, 30, Mirşamil Qasımlı, 3, 32, 41, Cəbrayıl Quliyev, 11 - Fərid Abasov, 9, İsmayıl Hüseynli, 17, 43, Şöhrət Mayılov, 31, 33

 

Oyunların ardınca yarışın bağlanış mərasimi təşkil olunub. Turnirin təşkilatçısı "AtaBank” ASC-nin İdarə Heyəti sədrinin müavini Rauf Hüseynov çempionatın həmişəki kimi maraqlı və gərgin keçdiyini bildirib. "No Name” klubunun mükafatçıları təbrik etdikdən sonra yeni ildə də yarışın təşkil olunacağını qeyd edib. O vurğulayıb ki, 8 ildir keçirilən turnir ildən-ilə daha gərgin xarakter alır və bütün komandalar bir-birinə ciddi rəqib kimi baxırlar. Klub rəhbərləri də yarışın təşkilatçılığından, həmçinin gedişindən razılıq edərək minnətdarıq ediblər.

 

Ardınca mükafatlandırma mərasimi keçirilib. Çempiona xüsusi hazırlanmış kubokla yanaşı, 5000, 2-ci yeri tutan komandaya 4000, 3-cü pillənin sahibinə isə 3000 manat pul mükafatı verilib. Hər 3 kluba xatirə hədiyyəsi də təqdim edilib.

 

Mərasimində yarışın ən yaxşılarının da adları açıqlanıb. Turnirin ən yaxşı oyunçusu "No Name"in üzvü Hüseyn Xəlilov seçilib. Yarışın bombardiri adına Fərid Şabanov (AFAM Group, 12 qol) sahib olub. "No Name”in çempion olmasında xüsusi rolu olan Cahangir Qənizadə ötən il olduğu kimi, yenə qapıçılar arasında bütün rəqiblərini qabaqlayıb. Onlar hərəyə ən yaxşılar üçün nəzərdə tutulan 500 manatla mükafatlandırılıblar.

 


OXŞAR XƏBƏRLƏR

Qarabağ çempion kimi mükafatlandırıldı - FOTOLAR

 Bu gün Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün çempionu olan "Qarabağ” klubu mükafatlandırılıb. Sfera.az xəbər verir ki, Peşəkar Futbol Liqa...

Son 10 ildə ən yaxşı penalti vuran futbolçular - ADLAR - FOTO

 Son 10 ildə dünyada penaltidən topu hədəfə ən dəqiq vura bilən 10 futbolçu müəyyənləşib. Sfera.az xarici saytın statistikasına əsasən xəbər verir ki...

“Spartak”ın Azərbaycan əsilli oyunçusu əsas komandadan qovulub - FOTO - SƏBƏB

 "Spartak” klubu yarımmüdafiəçi Ayaz Quliyevi təlim-məşq toplanışındakı yersiz davranışlarına görə, əsas heyətdən kənarlaşdırıb. Sfera.az xarici mətb...

“Qəbələ”nin futbolçusu İspaniyaya gedib özünü bu “kökə saldı” - FOTO

 "Qəbələ”nin ispaniyalı futbolçusu Fernan Fereyra saçını tamamilə kəsdirib. Sfera.az xəbər verir ki, 25 yaşlı mərkəz yarımmüdafiəçisi bunun səbəbini ...

Ronaldu Messini qabaqlayaraq tarixin ən yaxşı futbolçusu oldu - FOTO

 İspaniyanın məşhur "Marca” nəşri oxucular arasında "Tarixin ən yaxşı futbolçusu kimdir?” suallı sorğu keçirib.  Sorğu pley-off formatında təşki...

Bakıda daha bir beynəlxalq turnir ləğv olundu - FOTO

 Bakıda aprelin 17-19-da keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci açıq turnir baş tutmayacaq.   A...