\"Heydər Əliyev\" ordeni kimlərə verilib - Tam siyahı

\
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Ramiz Mehdiyevin Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb və daha sonra onu qəbul edərək "Heydər Əliyev" ordeni ilə təltif edib.

Sfera.az xəbər verir ki, Ramiz Mehdiyev "Heydər Əliyev" ordeni ilə təltif edilən sayca 25-ci şəxs olub.

Məlumat üçün bildirək ki, Azərbaycanın ən yüksək təltifi olan "Heydər Əliyev" ordeninin təsisi Milli Məclisə Azərbaycan Prezidentinin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" 10 mart 2004-cü il tarixli, 38 nömrəli Fərmanı ilə tövsiyə olunub.

"Heydər Əliyev" ordeninin ilk laureatı Prezident İlham Əliyev olub.

"Heydər Əliyev" ordeni ilə təltif olunanlar:

1. 28.04.2005  - İlham Əliyev, Azərbaycan Prezidenti

2. 29.04.2005  - İhsan Əli Paşa oğlu Doğramacı, Türkiyə Bilkənt və Höcəttəpə Universitetlərinin banisi

3. 29.01.2007  - Jak Şirak, Fransanın sabiq Prezidenti

4. 27.03.2007  - Mstislav Leopodoviç Rostropoviç, Məşhur violençel ifaçısı və dirijor

5. 21.05.2008  - Viktor Yuşşenko,  Ukraynanın sabiq Prezidenti

6. 27.11.2008  -  Tahir Salahov,  Məşhur Azərbaycan və SSRİ rəssamı

7. 14.06.2009  - Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah,  Küveyt Dövlətinin Əmiri

8. 02.07.2009  - Lex Kaçinski,  Polşa Respublikasının sabiq Prezidenti

9. 10.08.2009 - Valdis Zatlers,  Latviya Respublikasının sabiq Prezidenti

10. 18.04.2011 - Trayan Besesku, Rumıniya Respublikasının sabiq Prezidenti

11. 14.11.2011 - Georgi Pırvanov,  Bolqarıstan Respublikasının sabiq Prezidenti

12. 11.07.2012 - Emoməli Rəhmon,  Tacikistan Respublikasının Prezidenti

13. 13.09.2013 - Arif Məlikov,  SSRİ xalq artisti

14. 11.11.2013 - Abdullah Gül, Türkiyənin 11-ci prezidenti

15. 17.11.2013 - Viktor Yanukoviç, Ukraynanın 4-cü prezidenti

16. 02.09.2014 - Rəcəb Tayyib Ərdoğan, Türkiyənin 12-ci prezidenti

17. 29.06.2015 - Mehriban Əliyeva, Azərbaycanın 1-ci vitse-prezidenti

18. 28.11.2016 - Aleksandr Lukaşenko, Belarus Prezidenti

19. 26.12.2016 - Zeynəb Xanlarova,  müğənni, SSRİ xalq artisti

20. 03.04.2017 - Nursultan Nazarbayev, Qazaxıstan Respublikasının sabiq Prezidenti

21. 20.12.2017 - Ömər Eldarov, heykəltəraş, Azərbaycanın xalq rəssamı

22. 18.07.2018 - Sercio Mattarella,  İtaliya Respublikasının Prezidenti

23. 10.05.2019 - Xoşbəxt Yusifzadə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti

24. 26.08.2019 - Allahşükür Paşazadə, Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri

25. 23.10.2019 - Ramiz Mehdiyev,  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sabiq rəhbəri

Onu da qeyd edək ki, "Heydər Əliyev" ordeni ulduzdan, orden zəncirindən və nişandan ibarətdir. Ordenin hazırlanmasında 925 əyarlı 533,3 qram gümüşdən,  999 əyarlı 3,9 qram gümüşdən, 585 əyarlı 25 qram qızıladan, 750 əyarlı 57,4 qram qızıldan, 999 əyarlı 6,5 qram qızıldan, cəmi 0,83 karatlıq 8 brilyant daşdan, cəmi 5,3 karatlıq 224 brilyant daşdan, cəmi 1,37 karatlıq 95 brilyant daşdan, cəmi 0,23 karatlıq 116 brilyant daşdan, cəmi 0,032 karatlıq 4 brilyant daşdan, ümumən 447 brilyant daşdan istifadə olunur. (yeniavaz.com)

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...